18px16px14px12px

Azərbaycan tarixində əsrin SOYQIRIMI

Ermənistanın Azərbaycana qarşı işğalçılıq və soyqırımı siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə, kobudcasına pozulması ilə nəticələnən Xocalı soyqırımından artıq 25 il ötür. Azərbaycan Prezidenti İlham Əliyev Xocalı soyqırımının iyirmi beşinci ildönümünün respublikanın hər bir yerində keçirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Xocalı soyqırımını törətməklə Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirən və Dağlıq Qarabağın hüdudlarından kənara çıxaraq Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonlarını işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində, 30 min soydaşımızın həyatına son qoyulmuş, 50 mindən çox insan yaralanmış və əlil olmuş, torpaqlarımızın 20 faizi işğala məruz qalmışdır. Bu faciə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir. 
Azərbaycanlılara qarşı yürüdülən soyqırımı siyasətinin tarixi əsrləri əhatə edir. Hadisələri ardıcılıqla izləsək, Azərbaycanın başına gətirilən olaylar, tarixdə, demək  olar ki, eyni ssenari üzrə cərəyan edib. Artıq dərk edirik ki, ermənilər tarixən təkcə bizlərə qarşı deyil, bütün  türk  dünyasına  torpaq iddiaları ilə çıxış  edib və indi də etməkdədirlər.
TARİXİ MƏSƏLƏLƏRİN ÖYRƏNİLMƏSİ 70 İLDƏN ÇOX MÜDDƏTDƏ QADAĞAN EDİLİB, TƏDQİQATÇILAR MƏXFİ ARXİVLƏRƏ YAXIN BURAXILMAYIBLAR
Tarixi reallıqlar, bizə deməyə əsas verir ki, 1917-ci ildə Rusiyada çar hökuməti  devrildikdən sonra, Almaniya və Avstriya cəbhələrində xidmət  edən minlərlə erməni əsgəri öz  silahları  ilə daşnakların niyyətlərini həyata keçirmək üçün Bakıda cəmləşiblər. Bəzən böyük dövlətlər müharibə ocaqlarının yaranmasında ermənilərdən istifadə ediblər. 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə Cənubi Qafqazdakı tarixi ərazilərində etnik  təmizlənmə  və  soyqırımı siyasətinə məruz qalan yüz minlərlə Azərbaycan türkləri, erməni daşnakları tərəfindən kütləvi surətdə qətlə yetirilmiş, ata-baba yurdlarından  deportasiya edilmişlər. Azərbaycanın taleyi ilə bağlı olan bu tarixi  məsələlərin öyrənilməsi 70 ildən çox müddətdə qadağan edilmiş, tədqiqatçılar məxfi arxivlərə yaxın  buraxılmamışlar. XX əsrin əvvəllərində türklərin başlarına gətirdikləri qanlı faciələrdən  doymayan ermənilər, illər uzunu fürsət  düşdükcə, xaricdəki türk diplomatlarına və iş adamlarına qarşı terror  əməliyyatları aparmışlar.
 XOCALIDA TÖRƏDİLƏN SOYQIRIMI ÜMUMBƏŞƏRİ DƏYƏRLƏRƏ TAMAMİLƏ ZİDDİR
Beynəlxalq hüquqa əsasən, genosid ən ağır cinayətlərdəndir. Genosidin hüquqi əsası bir sıra sənədlərdə öz əksini tapmışdır. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli qətnaməsində qeyd olunur ki, genosid insan qruplarının yaşamaq hüququnu pozmaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dəyərlərdən məhrum edir. Xocalıda törədilən əməllər BMT-nin məqsəd və vəzifələrinə, ümumbəşəri dəyərlərə tamamilə ziddir. Sərəncamda qeyd olunduğu kimi, BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, Avropa Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının və eləcə də, digər beynəlxalq qurumların qərarlarına baxmayaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normalarına uyğun, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini bu günədək tapmayıb.
Ötən əsrin son illərində isə başlanan hadisələr zamanı ermənilər Azərbaycana qarşı ərazi iddiası ilə çıxış edərək, torpaqlarımızın 20 faizini işğal ediblər. Belə ki, 1988-ci ildən  başlayaraq, ermənilər tərəfindən dünya  ictimaiyyətinin gözü qarşısında Azərbaycanın  tarixi  torpaqları olan Şuşa,  Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli və Qubadlı kimi məkanlarımız işğal  olundu. Ermənistanın Azərbaycana açıq-aşkar təcavüzü  nəticəsində, 1 milyona  yaxın soydaşlarımız indi də  məcburi  köçkün  vəziyyətində yaşamaqdadır. Bir faktdır ki, 1989-cu ilin dekabrında Ermənistanda baş verən zəlzələ nəticəsində, ora xarici ölkələrdən, əsasən də,  Qərbdən, Suriyadan,  Livandan,  Beyrutdan  və  başqa  ölkələrdən, ərzaq əvəzinə, təyyarələrlə  silahlar  daşınmışdır. Sonralar bu, bizlərə bəlli oldu. Yeri gəlmişkən, qeyd  edək ki, Ermənistanda  zəlzələ  zamanı, ata-analarını itirmiş 5 yaşından 12-13  yaşlarına  kimi uşaqların dünya erməniləri  tərəfindən  qəyyumluğa götürüldüyünün  teleefir  və  mətbuat  vasitəsi ilə şahidi olduq, o cümlədən, bu uşaqların  bir  qismini  isə, Macarıstan  erməniləri qəyyumluğa  götürdülər. Bəlkə də, həmin bu, erməni  uşaqları  indi  Macarıstanda  lazımi  yerlərdə, indi də erməni xislətinə xidmət edirlər. 
XOCALI  SOYQIRIMI TƏKCƏ  BİZLƏRİN  DEYİL, BÜTÜN BƏŞƏRİYYƏTİN FACİƏSİDİR
 
Ötən  əsrin ən  böyük faciələrindən  biri  kimi tariximizdə  iz salan Xocalı  soyqırımı XX yüzillikdə insanlığa qarşı törədilən ən amansız  faciələrdən sayılır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən Xocalı soyqırımı xalqımızın növbəti faciəsini yaşadığı bir  tarixdir. Soydaşlarımızın xüsusi amansızlıqla qətlə yetirildiyi o qış gecəsinin dəhşətli anları hər bir azərbaycanlının qan yaddaşına elə çökmüşdür ki, bu hadisələri kiminsə unutmağına  inanmaq qeyri-mümkündür. Xocalı  soyqırımı təkcə  bizlərin  deyil, bütün bəşəriyyətin faciəsidir. Bu il bizlər, Xocalı  soyqırımının 25-ci anım ilini qeyd edirik.
Bu tarixi gündə törətdilən vəhşiliklər insanlarda erməni terrorizminə, onların işğalçılıq siyasətinə, insanlığa sığmayan əqidə və məsləkinə qarşı dərin nifrət hissi oyadır. Faciə milli düşüncə tərzimizə, milli dəyərlərimizə, milli əxlaqımıza o dərəcə nüfuz etmişdir ki, faciənin törəmə tarixini keçmiş kimi qəbul edə bilmirik. Bu faciə ilə bağlı xalqın qan yaddaşında kök salmış hadisələr heç zaman bizi tərk etməyəcək və zaman-zaman ağrıdacaqdır.
Yeddi min əhalisi olan Xocalı erməni terrorçu qrupları keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasının tərkibində olan 366-cı alıyının köməyi ilə müxtəlif növ silahlardan atəşə tutularaq, yerlə yeksan edilmişdir. Qəddarcasına həyata keçirilmiş terror əməliyyatı nəticəsində, 613 nəfər şəhid olmuş, onlardan 56-cı xüsusi qəddarlıqla qətlə yetirilmiş, 487 nəfər ağır yaralanmış 1430 nəfər əsir götürülərək amansız işgəncələrə məruz qalmış, onların 135 nəfərinin taleyi hələ də məlum deyildir. Şəhid olanların 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri isə qocalar olmuşdur. 8 ailə tamamilə məhv edilmiş, 27 ailənin hərəsindən yalnız bir nəfər sağ qalmışdır. Soyqırımı aktı zamanı öz torpaqlarını tərk etməyə məcbur olan Xocalı sakinləri hazırda ölkəmizin 40 rayonunda məskunlaşmışlar. 
ERMƏNİ VƏHŞİLİYİNİN KULMİNASİYA NÖQTƏSİ
Beləliklə, dünyanın  gözü qarşısında ermənilər bəşəriyyət tarixində ən ağır cinayətlərdən birini - Xocalı soyqırımını törətdilər. Xocalıda terror əməliyyatının planı əvvəlcədən hazırlanmışdı. Xocalıda erməni terrorizminin amansızlığını təsdiq edən faktlardan biri də odur ki, terror əməliyyatı zamanı istifadəsi qadağan olun xüsusi təhlükəli kütləvi qırğın silahlarından geniş istifadə olunmasıdır. Belə ki, vaxtilə Novosbirisk şəhərində "Suxoy" Hərbi-Sənaye Kompleksində baş konstruktor işləyən Mixail Poqosyan keçmiş SSRİ MN-in baş qərargahında ixtira etdiyi yeni mərmilərin radiusunu, hədəfdəymə məqamlarını sınaqdan çıxarmaq üçün ən gözəl coğrafi cəhətdən dəyərli yer-məkan Azərbaycanın qərb zonasını təklif etmişdir və Xocalı seçilmişdir. Xocalı şəhərində həyata keçirilən genişmiqyaslı soyqırımı zamanı SSRİ-nin Hərbi-Sənaye komplekslərində möhtəşəm yer tutan "T-80" tanklarının mühərriki, tərkibində kimyəvi silahlara məxsus başlığı olan mərmilər, Kalaşnikov avtomatına məxsus yeni güllələr, vərəm və "Sibir xorası" əleyhinə vaksinlər, zirehli geyimlər sınaqdan çıxarılıb. Beynəlxalq ictimaiyyət bu hadisə ilə yaxından tanış olsa da, təəssüflər olsun ki,  vəhşiliklərə bəzi hallarda göz yumulur.
 
XOCALI SOYQIRIMININ DÜNYA İCTİMAİYYƏTİNƏ ÇATDIRILMASI VƏ BU İSTİQAMƏTDƏ GERÇƏKLƏŞƏN LAYİHƏLƏRİN COĞRAFİ MƏKANI İLBƏİL GENİŞLƏNİR
Bu gün dünya ictimaiyyətinə Azərbaycan həqiqətləri geniş şəkildə çatdırılır. Dünya insanı Qarabağda, Xocalıda baş verən olayları layiqli və düzgün qiymətləndirir. Bu gün Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də, bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində, davamlı olaraq, addımlar atılır. Aparılan bu uğurlu siyasətin nəticəsidir ki, dünya ölkələrinin bir qismi tərəfindən Xocalı soyqırımının rəsmən tanıması barədə qərar qəbul edilib. Faciəni qətliam kimi tanıyan ABŞ ştatları - Texas ştatı, Nyu-Cersi ştatı, Corciya ştatı, Men ştatı, Nyu-Meksiko ştatı, Arkanzas ştatı, Missisipi ştatı, Oklahoma ştatı və başqa ştatları qətnamə qəbul ediblər.
Bildiyimiz kimi, belə bir faciəyə siyasi-hüquqi qiymət vermək istəməyən dövlətlər də var. Təbliğat və təşviqatı daha da gücləndirilməliyik, haqq səsimizi dünyaya lazımı səviyyədə çatdıra bilək. Bu gün, təbii ki, Avropa dillərində çap olunuan kitablar, çəkilən filmlər və s. Xocalı həqiqətləri ilə dünya ictimaiyyətini baş-başa qoyur. Beynəlxalq qurumlar qarşısında fikirlərimizi  qətiyyətlə söyləyə bilirik. Xocalı soyqırımı dünya ictimaiyyətinə çatdırılması və bu istiqamətdə gerçəkləşən layihələrin artıq coğrafi məkanı ilbəil genişlənir. Bu, Azərbaycanın dünyada formalaşan imicinin məntiqidir.
Xocalı soyqırımı təkcə Azərbaycanın deyil, bütün dünyanın və bəşərin faciəsidir. Ermənistan münaqişə ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlərin müddəalarını yerinə yetirməli, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Dinc insanları məhv edən cinayətkarlar tezliklə ədalət məhkəməsi qarşısında cavab verməli və layiqli cəzalarını almalıdırlar.
 
Nəzakət ƏLƏDDİNQIZI 
 



Xəbər lenti

27.02.2017

24.02.2017

23.02.2017

Çox oxunan xəbərlər