18px16px14px12px

IV Qlobal Bakı Forumuna hazırlıq işləri davam edir

"Xarici əlaqələrin gələcəyi: güc və maraqlar" mövzusuna həsr olunan forumda dünyanı narahat edən qlobal problemlər müzakirə olunacaq
 
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan forum martın 16-17-də keçiriləcək. 
Diasporla İş üzrə Dövlət Komitəsindən "Səs" qəzetinə verilən məlumata istinadən, V Qlobal Bakı Forumunda Makedoniya prezidenti George İvanov, Latviya Prezidenti Raymond Veyonis, Albaniya prezidenti Buyar Nişani və digər ölkələrin indiki, həmçinin, keçmiş rəhbərləri iştirak edəcək. Sabiq dövlət və hökumət başçıları, tanınmış siyasətçilərin iştirakı gözlənilir. Eyni zamanda, Monteneqro Respublikasının prezidenti Filip Vuyanoviç və xanımı Svetlana Vuyanoviç V Qlobal Bakı Forumunda iştirak etmək üçün Bakıya gələcək. Qeyd edək ki, Monteneqro Respublikasının prezidenti Filip Vuyanoviç ötən il keçirilən IV Qlobal Bakı Forumunda da iştirak edib.
 
NƏZAKƏT
 



Xəbər lenti

01.03.2017

28.02.2017

27.02.2017

24.02.2017

Çox oxunan xəbərlər