18px16px14px12px

YAP Binəqədi rayon təşkilatının Xocəsən ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib

 
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının IX konfransına hazırlıq işləri çərçivəsində Xocəsən qəsəbəsi, R.Allahverdiyev küçəsi, 7-ci döngə - 100 ünvanlı (Xocəsən) ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.
İclası giriş sözü ilə açan Xocasən Bələdiyyəsinin sədri Anar Abbasov gündəlikdə duran məsələlər barədə məlumat verərək, partiyanın rayon ərazisində təşkilatlarının sayının kifayət qədər olduğunu və üzvlərinin sayının nisbətən az olan təşkilatların birləşdirilməsinin daha məqsədəuyğun bildirib.
Xocasən Bələdiyyəsinin sədr müavini Mafəddin Hümbətov ərazi ilk partiya təşkilatında fəaliyyət dövrü ərzində görülən işlərin hesabatını diqqətə çatdırıb. 
Xocasən ərazi ilk partiya təşkilatının 5 nəfərdən ibarət idarə heyəti, Anar Abbasov sədr, Mafəddin Hümbətov və Əlikram Haqverdiyev sədrin müavinləri, rayon təşkilatının IX konfransına  isə 1 nəfər nümayəndə seçilib.
İclasda çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı üçün gördüyü dəyərli işlərdən danışıb. Bu gün dünyada baş verən gərgin hadisələrin fonunda Prezident İlham Əliyevin ölkəmizin təhlükəsizliyinin və ictimai-siyasi sabitliyinin davamlı olması istiqamətində gördüyü işləri xüsusi vurğulayıb. 
 
ZÜMRÜD 
 



Xəbər lenti

29.03.2017

28.03.2017

27.03.2017

17.03.2017

16.03.2017

Çox oxunan xəbərlər