18px16px14px12px

Tərtərlilər Yeni Azərbaycan Partiyasının ətrafında sıx birləşiblər

IX konfransına hazırlıqla əlaqədar YAP Tərtər rayon təşkilatı tərəfindən ərazi ilk partiya təşkilatlarında hesabat- seçki yığıncaqları keçirilir
 
Yeni Azərbaycan Partiyasının IX konfransına hazırlıqla əlaqədar YAP Tərtər rayon təşkilatı tərəfindən ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilməkdə davam edir. Növbəti belə bir tədbir Kəlbəcər-Sərbəst, Gigiyena və Epidemiologiya Mərkəzi və rayon Təhsil Şöbəsi ərazi ilk partiya təşkilatlarında keçirilib. Kəlbəcər-Sərbəst ərazi ilk partiya təşkilatının sədri Nurəddin Əmrahov, Gigiyena və Epidemiologiya Mərkəzi ərazi ilk partiya təşkilatının sədri Musa Əliyev, rayon Təhsil Şöbəsi ərazi ilk partiya təşkilatının sədri Rahil Şəldiyev hesabat məruzələri ilə çıxış ediblər.
Məruzələr ətrafında Kəlbəcər-Sərbəst ərazi ilk partiya təşkilatında YAP üzvlərindən Elnarə Xıdırova, Taleh Hüseynov, Dilşad Eyvazova, Gigiyena və Epidemiologiya Mərkəzi ərazi ilk partiya təşkilatında YAP üzvlərindən Nüşabə Əliyeva, Əminə Kazımova, Təhsil Şöbəsi ərazi ilk partiya təşkilatında YAP üzvlərindən Surxay Mirzəyev, İntiqam Nuriyev və Fitat Əliyeva çıxış edib, hesabat dövrü ərzində ərazi ilk partiya təşkilatlarının gördüyü işlər barədə söhbət açaraq, təşkilat sədrlərinin hesabatlarının nəzərə alınmasını təklif ediblər.
Rayon təşkilatının şura üzvləri Kamil Məmmədov Kəlbəcər-Sərbəst, Yaşar Hüseynov Gigiyena və Epidemiologiya Mərkəzi, Ramiz Şabanov rayon Təhsil Şöbəsi ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağında iştirak ediblər.
Kəlbəcər-Sərbəst ərazi ilk partiya təşkilatında Sətdar Nəcəfov, Gigiyena və Epidemiologiya Mərkəzi ərazi ilk partiya təşkilatında Musa Əliyev, Təhsil Şöbəsi ərazi ilk partiya təşkilatında isə İntiqam Nuriyev təşkilat sədri seçiliblər.
Təhsil Şöbəsi ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağında iştirak edən rayon təşkilatının sədri Ramiz Şabanov Yeni Azərbaycan Partiyasının dünəni və bu günü haqqında geniş söhbət açaraq, partiyanın bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də möhkəm sosial bazaya malik olduğunu qeyd edib, təhsil işçilərinin ölkə həyatındakı oynadıqları roldan, xüsusi ilə gənc nəslin formalaşması sahəsində öhdələrinə düşən məsuliyyətli vəzifələrdən söhbət açıb. Ramiz Şabanov qeyd edib ki, Təhsil Şöbəsi ərazi ilk partiya təşkilatında birləşən partiya üzvlsəri rayonun ictimai-siyasi həyatında, rayonda aparılan abadlıq-quruculuq işlərində daim nümunə göstərirlər. Rayonda ən iri ərazi ilk partiya təşkilatı olan Təhsil Şöbəsi partiya təşkilatı ölkənin gələcəyini təmin və müdafiə edəcək gəncliyin formalaşması üçün daim axtarışda olmalı, partiyamızın və dövlətimizin yaradıcısı Ümummilli Lider Heydər Əliyevin ideyalarının gənclərə aşılanması üçün öz işini daim təkmilləşdirməlidir.
"Ölkəmizin surətli inkişafı, əhalinin sosial rifah halının yaxşılaşdırılması üçün ölkə başçısı, partiyamızın Sədri Prezident  İlham Əliyevin nitq və çıxışlarının təbliği və təhsil müəssisələrində gənclərə çatıdırılması, işdə prioritet təşkil etməlidir"-deyə R.Şabanov çıxışında bildirib.
Hesabat-seçki yığıncağının sonunda hər üç ərazi ilk partiya təşkilatında idarə heyəti və rayon təşkilatının IX konfransına nümayəndələr seçilib.
Rəfiqə KAMALQIZI
 



Xəbər lenti

29.03.2017

28.03.2017

27.03.2017

17.03.2017

16.03.2017

Çox oxunan xəbərlər