18px16px14px12px

YAP Siyəzən rayon təşkilatının VII konfransına hazırlıqla əlaqədar hesabat-seçki yığıncağı keçirilib

    
Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatının VII konfransına hazırlıq məqsədilə rayon Mərkəzi Poliklinikası ərazi ilk təşkilatında hesabat-seçki yığıncağı keçirilib. Yığıncağı giriş sözü ilə rayon təşkilatının sədri Etibar Heydərov açaraq, bildirib ki, YAP-ın böyük nüfuza malik olması, məhz Dahi Şəxsiyyət Heydər Əliyevin, Onun layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlıdır. 
Sonra ərazi ilk partiya təşkilatının sədri Əhməd Quliyev hesabat məruzəsi ilə çıxış edərək, bildirib ki,  rayon Mərkəzi Poliklinikasında 104 nəfər partiya üzvü çalışır. 
Yığıncaqda partiya üzvlərindən T.Əzimova və Ə.Sadıqova çıxış edərək, hesabat məruzəsini qənaətbəxş hesab ediblər. 
İclasın sonunda ərazi ilk partiya təşkilatının idarə heyətinin yeni tərkibi, sədr və müavinləri, rayon təşkilatının VII konfransına  isə nümayəndələr seçilib.
ZÜMRÜD 
 



Xəbər lenti

27.04.2017

26.04.2017

25.04.2017

24.04.2017

21.04.2017

20.04.2017

19.04.2017

18.04.2017

Çox oxunan xəbərlər