18px16px14px12px

Səbail RİH sahibkarlarla görüş keçirib

Bu gün ölkədə korrupsiyaya qarşı qətiyyətli mübarizə aparılır, yeni islahatlar həyata keçirilir
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə sahibkarlığın inkişafına diqqətin artırılması ilə bağlı verdiyi tapşırıqların icrası ilə əlaqədar Səbail rayonunda həyata keçirilən tədbirlər çərçivəsində rayon icra hakimiyyətində rayon rəhbərliyi ilə Badamdar qəsəbəsində fəaliyyət göstərən sahibkarların görüşü keçirilib.
Açıq mikrofon xarakterli görüşdə sahibkarların gündəlik problemləri ilə yanaşı, Badamdar qəsəbəsinin sosial-iqtisadi inkişafı, o cümlədən, qəsəbənin əsas küçəsi olan Badamdar şossesinin əsaslı yenidən qurulması məsələləri də müzakirə olunmuş, sahibkarları maraqlandıran məsələ və suallar ətraflı cavablandırılıb.
Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, bu gün ölkədə korrupsiyaya qarşı qətiyyətli mübarizə aparılır, yeni islahatlar həyata keçirilir.
Badamdar şossesində aparılacaq əsaslı yenidənqurma işlərinə toxunan Eldar Əzizov vurğulayıb ki, Prezident İlham Əliyev Cənablarının tapşırıqlarna əsasən, hər bir məmur sakinlərin problemlərini öz şəxsi problemləri kimi qəbul etməlidir. Bununla əlaqədar, Badamdar yolunun yenidən qurulması işləri zamanı bu yol ətrafında yerləşən bütün ticarət və digər obyektlərin sahiblərinə RİH tərəfindən hər cür yardım və köməklik göstəriləcək, hər bir obyektlə bağlı layihə sənədləri ətraflı müzakirə olunacaq.
Görüşdə çıxış edən sahibkarlar da onların gələcək fəaliyyətinin inkişafı istiqamətində hazırda atılan addımları və nəzərdə tutulan işləri dəstəklədiklərini bəyan edərək, bununla bağlı ölkə başçısı İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər.
Rəfiqə HÜSEYNOVA
 



Xəbər lenti

27.02.2017

24.02.2017

23.02.2017

Çox oxunan xəbərlər