18px16px14px12px

Yeni uğurlara doğru

YAP Biləsuvar rayon təşkilatında hesabat-seçki yığıncaqlarının keçirilməsi prosesi uğurla davam etdirilir
 
Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatında hesabat-seçki yığıncaqlarının keçirilməsi prosesi uğurla davam etdirilməkdədir. Növbəti yığıncaq 9 saylı Şəhər Ərazi ilk partiya təşkilatında baş tutub.  İclasın gündəliyində 3 məsələ müzakirə edilib. Gündəlidkə duran birinci məsələ barədə 9 saylı Şəhər Ərazi ilk partiya təşkilatının sədri Hüseynağa Bəhmənov hesabat məruzəsi ilə çıxış edib. 
Hesabat-seçki yığıncağında partiya fəallarından S.Xammədov, E.Quliyeva, R.Şəbiyev və başqaları çıxış edərək, 9 saylı Şəhər Ərazi ilk partiya təşkilatının ötən dövr ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Hesabat-seçki yığıncağında aparat rəhbəri Niftiyev Əjdər çıxış edərək, Yeni Azərbaycan Partiyasının beynəlxalq aləmdəki nüfuzundan və respublikada apardığı böyük əhəmiyyətli ictimai-siyasi işlərdən danışıb. Hüseynağa Bəhmənov yenidən 9 saylı Şəhər Ərazi ilk partiya təşkilatına sədr seçilib. Eyni zamanda, təşkilatın sədr, müavin və idarə heyətinin üzvləri seçilib. 
Sonda YAP Biləsuvar rayon təşkilatının IX konfransına nümayəndələr seçilib.
Rəfiqə HÜSEYNOVA
 



Xəbər lenti

27.02.2017

24.02.2017

23.02.2017

Çox oxunan xəbərlər