18px16px14px12px

"Talassemiya ilə Mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nın icrası davam edir

"2015-2020-ci illər üçün Talassemiya ilə Mübarizəyə dair Dövlət Proqramı"nın həyata keçirilməsi işində talassemiyalı xəstələrə göstərilən tibbi xidmətin keyfiyyəti xeyli yüksəlmiş, donor qanı ilə təminatı tam həll edilmişdir. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən, əhalinin tibbi yardıma əlçatarlığını təmin etmək məqsədilə, Mərkəzi Qan Bankının 7 bölgə bölmələrində qanın irsi xəstəliklərinin müalicəsi üzrə kabinetlər təşkil edilmişdir, nəticədə, müalicə üçün xəstələrin və onların valideynlərinin tez-tez Bakıya gəlmək ehtiyacı aradan qaldırılmışdır.
Nikaha daxil olmaq istəyən şəxslər arasında talassemiya daşıyıcılarının aşkar edilməsi və onlara həkim məsləhətinin verilməsi də atılan ən düzgün addımlardan biridir. Belə ki, il ərzində 143694 nikaha daxil olmaq istəyən şəxs müayinədən keçmiş, onların 4649-unda talassemiya daşıyıcılığı aşkar edilmişdir. Bu şəxslərin hamısına ayrı-ayrılıqda tibbi-genetik həkim məsləhəti verilmişdir.
Nikahdan öncə müayinələrin tətbiqi nəticəsində, hər iki valideyndən talassemiya genini irsən alan xəstələrin sayı xeyli azalmışdır. Əgər 2014-cü ildə Talassemiya Mərkəzində 317 homoziqot xəstə qeydiyyata götürülmüşdürsə, 2016-cı ildə belə xəstələrin sayı 100 olmuşdur.
Əhalinin talassemiya xəstəliyi sahəsində biliklərinin artırılması məqsədilə kütləvi informasiya vasitələri ilə (televiziya, radio, mətbuat) dəfələrlə çıxışlar olmuş, kütləvi informasiya vasitələri üçün talassemiyaya həsr edilmiş dəyirmi masalar keçirilmişdir.
  
NƏZAKƏT
 



Xəbər lenti

29.03.2017

28.03.2017

27.03.2017

17.03.2017

16.03.2017

Çox oxunan xəbərlər