18px16px14px12px

Dövlətimiz öz vətəndaşının yanındadır

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" Fərman imzalayıb. Fərman cəmiyyətdə müsbət qarşılanıb və diqqətə, qayğıya görə, Prezidentə minnətdarlıq ifadə olunur.
 
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov:
 
- "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" Prezident Fərmanı növbəti dəfə dövlət başçımızın məcburi köçkünlərə və bu qəbildən olan digər insanlara qayğısının göstəricisidir. Ölkəmizin başçısı İlham Əliyev tərəfindən imzalanan və xeyli sayda insanı əhatə edəcək bu Fərman məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində növbəti bir addımdır. Azərbaycan Respublikasının Prezidenti bununla, bir daha göstərdi ki, doğma yurd-yuvalarından məcburi şəkildə ayrı düşən insanlara qayğı və diqqət daim dövlətin və onun rəhbərinin diqqət mərkəzindədir. Bu cür həssas, sosial cəhətdən aztəminatlı və qayğıya ehtiyacı olan insanlara dövlət yardımlarının göstərilməsi istiqamətində əvvəllər də işlər görülmüşdür, bu səpkidə tədbirlər davam etdirilir və gələcəkdə də davam etdiriləcək. Dövlət daim sosial cəhətdən zəif imkana malik insanların yanındadır, onlara qayğının gücləndirilməsini proritetdə saxlayır və sosial dövlət olduğunu real addımlarla daim sübut edir. Bu gün dünyada gedən iqtisadi-maliyyə böhranının ölkəmizə təsirləri fonunda dövlət başçımızın bu sosial yönümlü qərarı bir daha onu göstərir ki, dövlətimiz öz vətəndaşının yanındadır, onun həyat şəraitinin yaxşılaşdırılmasını daim diqqətdə saxlayır və yurd-yuvalarını itirmiş insanlara qayğı dövlətin sosial siyasətində xüsusi önəm daşıyır.
 
Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov:
 
- Prezident İlham Əliyev mütəmadi olaraq, qaçqın və məcburi köçkünlərin problemlərini diqqət mərkəzində saxlayır. Cənab Prezident İlham Əliyevin bu qərarı alqışlanan bir qərardır. Fərman bütün məcburi köçkünlər tərəfindən olduqca rəğbətlə qarşılanıb. Bununla sosial müdafiəyə ehtiyacı olan təbəqələr əziyyət çəkməyəcəklər. Bu həm də bir daha onu təsdiq edir ki, Prezident İlham Əliyevin apardığı siyasətinin ana xəttini qaçqın və məcburu köçkünlərin hər birinin problemlərinin aradan qaladılmasında dayanır. Bu diqqət və qayğıya görə, Prezident İlham Əliyevə öz minnətdarlığımızı bildiririk.
 
GÜLYANƏ
 



Xəbər lenti

27.02.2017

24.02.2017

23.02.2017

Çox oxunan xəbərlər