18px16px14px12px

YAP Tərtər rayon təşkilatının IX konfransına hazırlıq davam edir

Dünən YAP Tərtər rayon təşkilatının IX konfransına hazırlıq çərçivəsində Kommunal Təsərrüfatı İdarəsi, "42 saylı Yol İstismarı" MMC və Şıxarx ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib. 
Kommunal Təsərrüfatı İdarəsi ərazi ilk partiya təşkilatının sədri Nəcibə Həsənova, "42 saylı Yol İstismarı" MMC ərazi ilk partiya təşkilatının sədri Ramil Bayramov, Şıxarx ərazi ilk partiya təşkilatının sədri Mübariz Cabbarov hesabat dövrü ərzində görülən işlər barədə hesabat məruzəsi ilə çıxış ediblər. 
YAP üzvlərindən Rəfiqə Şirinova, Aytən Qarayeva, Azər Mustafayev, Mərdan Tağıyev, "42 saylı Yol İstismarı" MMC -də YAP üzvlərindən Malik Alıkişiyev, Murad Qafarov, Telman Hüseynov, Əsayə Əliyeva, Şıxarx ərazi ilk partiya təşkilatında partiya üzvlərindən Sənubər Məmmədova, Kəmalə Əliyeva, Vaqif Qasımov çıxış edərək ərazi ilk partiya təşkilatının fəaliyyətinin qənaətbəxş hesab olunmasını təklif ediblər. İlk təşkilatların hesabat-seçki yığıncaqlarında rayon təşkilatı şura üzvləri Hicran Rəhimli, Mətanət Hüseynzadə və Vidadi Bəylərov iştirak edib.
Hesabat-seçki yığıncaqlarında hər üç ərazi ilk partiya təşkilatında sədr və müavin, rayon təşkilatının IX konfransına nümayəndələr seçilib.
 
R.HÜSEYNOVA
 



Xəbər lenti

24.05.2017

23.05.2017

22.05.2017

19.05.2017

18.05.2017

Çox oxunan xəbərlər