18px16px14px12px

"Sabahın alimləri" altıncı respublika müsabiqəsinin açılış mərasimi olub

Dünən Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı, AMEA Mərkəzi-Elmi Kitabxanasının təşkilati dəstəyi ilə MEK-də "Sabahın alimləri" Altıncı Respublika Müsabiqəsinin açılış mərasimi olub.
Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi-tədqiqat işinə marağı olan istedadlı şagirdlərin aşkara çıxarılması və onların arasından ABŞ-da hər il keçirilən Intel ISEF-Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir.
Açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin elmə və təhsilə daim böyük önəm verdiyini, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini vurğulayıb. 
AMEA-nın prezidenti, akademik Akif Əlizadə Prezident İlham Əliyevin elm və təhsil sahələrinə göstərdiyi diqqət və qayğıdan bəhs edib.
Tədbirdə məlumat verilib ki, "Sabahın alimləri" müsabiqəsində ölkəmizin 13 şəhər və rayonunun ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri 125 elmi layihə ilə iştirak edirlər. 
 
ZÜMRÜD
 



Xəbər lenti

27.02.2017

24.02.2017

23.02.2017

Çox oxunan xəbərlər