Analitika

  • 4 245

Cənubi Qafqazda münaqişələrin həlli: nazirlərin Moskva görüşü fonunda

image

Rusiya XİN rəhbəri Sergey Lavrovun təşəbbüsü ilə Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olub. Müzakirələrdə S.Lavrov da iştirak edib. E.Məmmədyarov və E.Nalbandyan sonra ATƏT-in Minsk qrupunun həmsədrləri ilə danışıqlar aparıblar. Müzakirələr və gəlinən qənaətlər barədə geniş məlumat verilmir. Lakin Rusiya KİV tərəflərin münaqişə ilə bağlı müzakirələri davam etdirmək qərarına gəldiklərini vurğulayır. Buna rəğmən, Ermənistanın siyasi rəhbərliyi və KİV-i Azərbaycan əleyhinə təxribatçı informasiyalar yaymaqdan çəkinməyiblər. Onlar əvvəlcədən Azərbaycanın danışıqlarda guya maraqlı olmadığını yazıb və faktiki olaraq, Rusiya XİN-in təşəbbüsünü aşağılayıblar. Üstəlik, Ermənistan XİN-in sözçüsü birbaşa Bakını ittiham edən fikir söyləyib. Bunlar İrəvanın real olaraq münaqişənin sülh yolu ilə həllinə hazır olmadığını və onun növbəti dəfə danışıqlara əngəl törətdiyini sübut edir.

İşğalçının qorxusu: yenə qarayaxma kampaniyası
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqların canlandırılması zərurətini ilk baxışdan sanki hər kəs anlayır. Rəsmi İrəvan da bununla bağlı tez-tez fikir bildirir. Lakin müzakirələrin aparılmasını işğalçı dövlətin rəhbərlərinin dərk etdiyini demək mümkün deyildir. Onlar keçən əsrin 90-cı illərində olduğu kimi, indi də müxtəlif bəhanələrlə sülh prosesini dalana salmağa çalışırlar. Məqsədləri aydındır – təcavüzkar siyasəti ört-basdır etmək və qonşu ölkənin ərazisinin bir hissəsini işğalda saxlamaq. Təəssüf ki, eyni yanaşmanı xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanın son Moskva görüşü ərəfəsində erməni siyasi dairələri və ekspertlərinin yanaşmasında müşahidə etdik.Moskva tərəfinin nazirlərin müzakirələri barədə məlumat verməmək haqqında öncədən xəbərdarlıq etməsinə baxmayaraq, rəsmi İrəvan böhtanlarla Azərbaycanı ittiham etmək kimi mənfur taktikadan əl çəkmədi. Erməni XİN-in sözçüsü utanmadan Azərbaycanın atəşkəsi pozduğunu və məqsədinin danışıqlara maneçilik törətməkdən ibarət olduğunu dilinə gətirdi. Təsəvvür edin, Moskvada münaqişəni dinc yolla həll etmək, tərəflər arasında ortaq nöqtələr tapmaq üçün nazirlər görüşürlər, eyni zamanda, Ermənistan XİN (danışıqda iştirak edən nazirin rəhbərlik etdiyi rəsmi orqan) məlumat yayır ki, Azərbaycanla müzakirələr nəticəsiz qalacaq. Deməli, ümumiyyətlə, Ermənistan hakimiyyətinin münaqişəni həll etmək fikri yoxdur. Səbəbi də çox aydındır.Çünki Ermənistan bir işğalçıdır. Münaqişəni həll etməyin yolu İrəvanın işğaldan əl çəkməsini tələb edir. Bundan kənarda hansısa real həldən söhbət gedə bilməz. Başqa cür düşünmək, yel dəyirmanı ilə savaşmaq deməkdir. Yəni, konkret olaraq, Ermənistan zəbt etdiyi torpaqlardan rədd olub getməlidir. Rəsmi İrəvan da məhz bunu istəmir. Həmin səbəbdən də hər bir danışıq ərəfəsində, yaxud sənəd qəbul ediləndən sonra müxtəlif uydurmaları ortaya atır. Bu kontekstdə bir sadə həqiqəti demək istərdik: özlüyündə Ermənistan zəif və aciz dövlətdir, təkbaşına bir gün belə Azərbaycan qarşısında tab gətirə bilməz. Onun belə şıltaqlığının arxasında Rusiya və Qərbdəki havadarları dayanır.Son Moskva müzakirələri ərəfəsi də erməni ekspertlərin irəli sürdükləri fikirlərdə bu məqam gizli də olsa, öz əksini tapıb. Onlar bir ağızdan gah Qərbin cəbhə xəttində monitorinqindən, gah da Moskvanın verdiyi "İsgəndər"lərdən danışırlar. Bunun fonunda Azərbaycanın Rusiyadan silah almasını Kremlin böyük xəyanəti kimi təqdim edirlər. Bundan kənarda Ermənistanın ekspert dairələrinin bircə dənə də olsun tezisi yoxdur. Çünki erməni dövləti kənar qüvvələrin yaratdığı qondarma bir şeydir.Çox gülməlidir ki, Moskva görüşü ərəfəsi Ermənistan KİV-i Rusiyanı Azərbaycanı müdafiə edən tərəf kimi təqdim etməkdə dəridən-qabıqdan çıxıb. Guya Moskva ilə Bakı birləşib, “qəhrəman erməni ordusu”nu məğlub etməyə çalışır, lakin dığalar çox qoçaqlıq göstərirlər. Hətta erməni “komandosları”nı amerikalılar elə təchiz ediblər ki, hər anı izləyə bilirlər! Maraqlıdır, Vaşinqton Suriyada kürd terror qrupları ilə Cənubi Qafqazda erməni terrorçularını eyni fəallıqla silahlandırmaqdadır. ABŞ bu mövqeyi ilə Minsk qrupunun həmsədri olaraq, hara kimi gedə biləcək? Eyni sualı Fransa və Rusiya ilə bağlı verə bilərik. Onların cavabını zaman verəcək.
Vasitəçilik səmimiyyəti: həmsədrlərdə nə zaman olacaq?
Bunlara rəğmən, Moskva nazirləri danışıqlara dəvət edib ki, bu da müsbət addımdır. Belə kritik bir məqamda ermənilərin təxribatçı hərəkətlər etməsi təkcə Azərbaycana qarşı deyil, həm də Amerika, Fransa və Rusiyaya qarşı uyğunsuz hərəkətdir. Təəssüf ki, Rusiya XİN-dən bununla bağlı heç bir təpki eşidilmədi.Ancaq xatırlarsınız, bir neçə ay öncə Rusiya XİN Azərbaycan tərəfini danışıqların gizli tərəfini açmaqda ittiham etmişdi. İndi Ermənistan XİN nümayəndəsinin Azərbaycanla bağlı çərənləməsinə niyə münasibət bildirilmir? Doğrudanmı, Ermənistan XİN-in mətbuat katibinin “Azərbaycanın heç bir tutarlı arqumenti yoxdur və danışıqların nəticəsi Bakını maraqlandırmır” kimi cəfəng fikri ilə Rusiya Xarici İşlər Nazirliyi razıdır? Onda danışıqlar nə üçündür? Onsuz da “qədim və hər şeyi bilən ermənilər" əvvəlcədən falçılıq edirlər!Əslində, burada ziddiyyət yoxdur. Çünki Ermənistanın rəsmi dairələri daim münaqişənin sülh yolu ilə həllinə əngəllər yaradıblar. Bu da onların növbəti təxribatlarından biridir. Görünür, həmsədrlər də ermənilərin bu cür şıltaqlığına imkanlar yaradırlar. Əsas məsələ Azərbaycandan işğal edilmiş torpaqları qoparmaqdan və regionda bəzi dövlətlərin geosiyasi maraqlarını təmin etməkdən ibarətdir. Açığı, məsələ budur.Biz Moskvada nazirlərin nələri müzakirə edib, hansı detallar üzərində dayandıqlarını bilmirik. Rusiya KİV-in yaydığı informasiyaya görə, tərəflər danışıqları davam etdirmək qərarı alıblar. Tərəflər Vyana və Sankt-Peterburqda əldə edilən razılaşmaların şərtlərinə əməl etməyin zəruriliyini vurğulayıblar. Nazirlər “müzakirə edilən bütün məsələlər üzrə təmasları davam etdirməyə razılaşıblar”.Bundan başqa, E.Məmmədyarov və E.Nalbandyan ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşüblər. Onlar münaqişənin həlli ilə bağlı fikir mübadiləsi aparıblar.ATƏT-in fəallığının səbəbləri aydındır. Çünki son zamanlar Yaxın Şərqdə böyük dövlətlərin mübarizəsi o dərəcədə gərginləşib ki, Cənubi Qafqaz istiqamətində sabitliyin qorunması da aktuallaşıb. Bu kontekstdə İrəvan və Bakının nəbzini yoxlamağın mənası vardır. Rəsmi Moskvanın da bunda marağının olması sirr deyil. Təbii ki, Azərbaycan tərəfi regionda hansısa qeyri-müəyyənliyin yaranmasında qətiyyən maraqlı deyil. Əksinə, Cənubi Qafqazda sabitliyin və əməkdaşlığın təntənəsi hələlik məhz Azərbaycan və Türkiyənin güclənməsi sayəsində mümkün olub. Azərbaycan Ordusu erməni təxribatlarını yerindəcə boğur və ixtilafın yayılmasına imkan vermir. Eyni zamanda, rəsmi Bakı aktiv və dialoq məzmunlu diplomatiyası ilə proseslərin siyasi müzakirələr məcrasından çıxmasını əngəlləyir.Bunlarla yanaşı, İŞİD kimi terror təşkilatları fəaliyyət taktikalarını dəyişirlər, biz sıra Qərb dövlətləri də Yaxın Şərqdə terror qruplarına yardımlarını artırırlar ki, bunun mənfi təsiri yaxın regionlarda da özünü göstərə bilər. Bu cür həssas geosiyasi vəziyyətin fonunda Dağlıq Qarabağ üzrə danışıqların real müstəvidə aktivləşməsi çox vacibdir. Lakin rəsmi İrəvan bundan qətiyyən maraqlı olmadığından hadisələrin hansı istiqamətdə davam edəcəyini proqnozlaşdırmaq çətindir.Görüşlə bağlı verilən məhdud informasiyalar göstərir ki, bir tərəfdən regionda geosiyasi vəziyyət xeyli mürəkkəb olaraq qalır. Həmsədrlər də bundan ehtiyat edirlər. Onlar hər hansı kəskin hərəkətlərin və təxribatların olmasını arzulamırlar. Digər tərəfdən isə məhz ilk növbədə həmsədrlər təcavüzkara "dur" demək istəmirlər. Hətta belə bir ehtimal var ki, Yaxın Şərqdə terrorçulara necə yardım edilirsə, Dağlıq Qarabağdakı qanunsuz rejimə də eyni dəstəyi versinlər. Çünki Yaxın Şərq nümunəsi göstərir ki, supergüclər üçün bu istiqamətlərdə sərhəd çox mütəhərrikdir. Deməli, Cənubi Qafqazda yeni erməni təxribatlarını gözləməliyik. Onun təzahürü bu günə kimi olanlardan fərqli ola bilər. Lakin mahiyyət dəyişmir – erməni terroru davam edir!

Newtimes.az

Digər xəbərlər