Analitika

  • 3 714

Novruz Məmmədov: “Azərbaycan-ABŞ münasibətlərində yeni səhifənin açılması üçün geniş imkanlar var”

image

Beynəlxalq aləmdə böyük gərginliyin olmasına baxmayaraq, düşünürük ki, Azərbaycan ilə ABŞ arasındakı münasibətlərdə yeni səhifənin açılması üçün geniş imkanlar var. AZƏRTAC xəbər verir ki, bu fikri jurnalistlərə müsahibəsində Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov deyib. Novruz Məmmədov bildirib ki, bunun ən mühüm sübutlarından biri kimi Prezident Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə son iki həftədə ünvanladığı iki məktubu göstərmək olar. Bu məktublarda münasibətlərdə yeni səhifənin açılması üçün nə qədər imkanların olduğu görünür. Bir neçə gün əvvəl Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində Ərəb-İslam-Amerika Sammitinin keçirildiyini xatırladan Prezidentin köməkçisi ABŞ Prezidentinin həmin Sammitdə mühüm nitq söylədiyini bildirib. Qeyd edib ki, Prezident Donald Tramp nitqində ABŞ-ın dünya ölkələri ilə bundan sonrakı əməkdaşlıq prinsiplərini ortaya qoydu. “Biz bu prinsipləri bəyənirik. Neçə illərdir, deyirik ki, münasibətlərdə bu prinsiplər əsas götürülməlidir. Bu prinsiplərə əməl edilsəydi, bugünkü gərginlik də olmazdı, ölkələr arasında dostluq, əməkdaşlıq, tərəfdaşlıq əlaqələri daha uğurla davam edərdi. Düşünürəm ki, belə bir perspektiv var və biz də bu perspektivlərlə bağlı lazımi addımları atırıq”, - deyə Novruz Məmmədov bildirib.

Digər xəbərlər