Analitika

  • 12 925

4-cü Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Pakistan mətbuatında

image

Pakistanın “Defence Journal” jurnalında və jurnalın elektron səhifəsində “Mədəniyyətlərarası Dialoqun strateji əhəmiyyəti” sərlövhəli məqalə dərc edilib.Azərbaycanın Pakistandakı Səfirliyindən SİA-ya verilən məlumata görə, məqalədə bu günkü dünyamızda “biz” və “başqaları” anlayışının gücləndiyi və müxtəlif dinlər, təriqətlər, etnik qruplar və fəlsəfi cərəyanlar arasında qarşıdurmaların artdığı bir vaxtda “mədəniyyətlərarası dialoq”un strateji əhəmiyyətinin önə çıxdığı vurğulanır.Daha sonra isə Azərbaycanda təşkil olunmuş 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan söhbət açılır. Forumun gündəliyində mədəniyyətlər arasında qarşılıqlı etimadı qüvvətləndirmək və əməkdaşlıq qurmaqda dinlərin, miqrasiyanın, idmanın, təhsilin, incəsənətin, ticarətin rolu kimi mövzuların olduğu diqqətə çatdırılır.Müəllif bildirir ki, Forumda xarici ölkələrdən 120-yə qədər rəsmi şəxs, 39 beynəlxalq təşkilatdan və 50-dən çox qeyri-hökumət təşkilatından nümayəndə, hökumət başçıları, nazirlər, ekspertlər, jurnalistlər iştirak edib. O, Azərbaycanın Şərqlə Qərb arasında yerləşdiyini, həm İslam, həm də Avropa təşkilatlarının üzvü olduğunu və bu səbəbdən də hər iki sivilizasiyadan dəyərləri özündə birləşdirərək əsl körpü rolunu oynadığını qeyd edir.Müəllif həmçinin, mədəniyyətlərarası dialoq forumu təşəbbüsünün Azərbaycan Prezidenti cənab İlham Əliyevin müdrikliyinin, zəkasının məhsulu olduğunu və mövzu ilə bağlı 5-6 may tarixlərində Bakıda keçirilmiş Forumun onun rəhbərliyi və YUNESKO, BMT Sivilizasiyalar Alyansı, Avropa Şurası, İSESKO və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində keçirildiyini nəzərə çatdırır.Məqalədə mədəniyyətlərarası dialoq forumlarının tarixinə də nəzər salınır, mövzunun əhəmiyyəti və bəşəriyyətin davamı üçün insanlar arasındakı ünsiyyət və əlaqənin labüdlüyü vurğulanır.Müəllif, Prezident İlham Əliyevin Forumun açılış mərasimindəki çıxışına da geniş yer vermiş və çıxışdakı əsas məqamları xüsusi olaraq oxucuların diqqətinə çatdırıb.

sia.az

Digər xəbərlər