Analitika

  • 6 445

Azərbaycanın Qüds məsələsindəki qətiyyətli mövqeyi alqışlanır!

image

Məhz bu baxımdan, Bakıda keçirilmiş "2017 - İslam Həmrəyliyi İli" dinlər və mədəniyyətlərarası dialoq" mövzusunda beynəlxalq konfrans yüksək səviyyəli auditoriya topladı

Bildiyimiz kimi, BMT Baş Assambleyası ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına dair qərarının qəbuledilməz olması barədə qətnamə qəbul edib. O cümlədən, bundan əvvəl də BMT-nin digər qurumu - Təhlükəsizlik Şurasında Qüdsün İsrailin paytaxtı kimi tanınması qanunsuz hesab edilib və 14 üzv ölkə qətnaməni təsdiq edib. Hətta ABŞ sözügedən qətnaməyə veto qoymuşdu. Üstəlik, bu, ölkənin prezidenti Donald Tramp bundan əvvəl ölkəsinin BMT TŞ-nin qətnaməsini dəstəkləyəcək dövlətlərə maliyyə yardımını dayandıracağını bəyan etmişdi.
Bu kimi təhdidlərə, yaxud da xəbərdarlıqlara baxmayaraq, 128 üzv ölkə ABŞ-ın qərarını rədd edən qətnamənin lehinə səs verib. 9 ölkə əleyhinə, 35 ölkə isə bitərəf mövqedə olub.

Bu fakt, bir daha sübut edir ki, Azərbaycan müstəqil siyasət yürüdür, beynəlxalq məsələlərin həllinə dair öz mövqeyi var və bu mövqeyi ardıcıl şəkildə müdafiə edir

Söz yox ki, burada Azərbaycan dövlətinin də qətiyyətli qərarı, bir daha ölkəmizin daim ədalətin və doğru prinsiplərin yanında olduğunu sübuta yetirib. Belə ki, Azərbaycan öz ardıcıl və qətiyyətli siyasətinə sadiq qalaraq, beynəlxalq hüquq norma və prinsiplərinin tələbələrinə riayət edərək və kənardan müxtəlif təzyiq cəhdləri olmasına baxmayaraq, Qüdsün İsrailin paytaxtı kimi tanınması təşəbbüsünün əleyhinə səs verib.
Əlbəttə, bu fakt bir daha sübut edir ki, Azərbaycan müstəqil siyasət yürüdür, beynəlxalq məsələlərin həllinə dair öz mövqeyi var və bu mövqeyi ardıcıl şəkildə müdafiə edir. Heç bir kənar iradə Azərbaycanı öz müstəqil siyasətindən dönməyə məcbur edə bilməz.

Ölkəmizdən fərqli olaraq, İstanbuldakı fövqəladə Zirvə toplantısında bir çox islam ölkələri, o cümlədən, türkdilli dövlətlər tədbirin əhəmiyyətini nəzərə almayıb, daha aşağı səviyyədə təmsil olunmuşdular

Həmçinin, onu da xatırlatmaq yerinə düşərdi ki, Azərbaycan İstanbulda İslam Əməkdaşlıq Təşkilatının hazırkı sədri Türkiyə Respublikasının təşəbbüsü ilə Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısında ən yüksək səviyyədə təmsil olunub və məsələ ilə bağlı konkret mövqe nümayiş etdirib. Halbuki bir çox islam ölkələri, o cümlədən, türkdilli dövlətlər tədbirin əhəmiyyətini nəzərə almayaraq, daha aşağı səviyyədə təmsil olunmuşdular.
Bəzi türkdilli dövlətlər, o cümlədən, Türkmənistan isə, ümumiyyətlə, türkdilli dövlətlərin ortaq maraqları, islam həmrəyliyi prinsiplərinə biganə mövqe nümayiş etdirir.

Azərbaycan beynəlxalq hüququn aliliyinə daim hörmətlə yanaşıb və sülhün, təhlükəsizliyin və tolerantlığın möhkəmlənməsinə əməli töhfələrini verib

Bu baxımdan, məhz müstəqil, ardıcıl və prinsipial siyasətin, dünyada islam həmrəyliyinin möhkəmlənməsinə, milli və dini tolerantlığını daha da genişlənməsinə verdiyi mühüm töhfələrin nəticəsidir ki, Bakıda keçirilmiş "2017 - İslam Həmrəyliyi İli" dinlər və mədəniyyətlərarası dialoq" mövzusunda beynəlxalq konfrans yüksək səviyyəli auditoriya topladı. Ümumiyyətlə, bu amil dünyanın müxtəlif ölkələri, beynəlxalq təşkilatlar və s. daxil olan təbrik məktubları Azərbaycanın yürütdüyü siyasətə verilən qiymətin bariz göstəricisidir.
Beləliklə, bu kimi mühüm beynəlxalq məsələlərin həllində Azərbaycanın nümayiş etdirdiyi qətiyyətli, prinsipial və təşəbbüskar mövqeyi beynəlxalq hüququn aliliyinə hörmətin, sülhün və təhlükəsizliyin və tolerantlığın möhkəmlənməsinə əməli töhfənin bariz nümunəsidir.

Rövşən RƏSULOV

Digər xəbərlər