Analitika

  • 14 794

"Azərbaycanda bütün sahələrdə harmonik inkişaf gedir ” Şərh

image

"Azərbaycanın bütün sahələrində harmonik inkişaf gedir. O cümlədən də əhalinin sosial müdafiəsinin gücləndirilməsi, təhsil, səhiyyə kimi sosial sahələrdə həm çox ciddi islahatlar aparılır, həm də uğurlar əldə olunub”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.Onun sözlərinə görə, istər təhsil, istər səhiyyə, istərsə sosial müdafiə sahəsində onlarla fərman və sərəncamlar olub ki, həm bu sahənin islahatlarının sürətlə aparılması, həm də əhalinin bu xidmətlərə daha əlçatanlığının təmin olunması üçün xeyli işlər görülüb.

"Sosial sahəyə ciddi münasibət göstərilir"
Komitə sədri bildirib ki, hər il dövlət büdcəsindən sosial xərclər üçün ayrılan vəsait ümumi dövlət büdcəsinin üçdə birindən az təşkil etmir: “Bu, sosial sahəyə göstərilən çox ciddi münasibət, göstəricidir. Ölkəmizdə demək olar ki, bütün məktəblər əsaslı şəkildə təmir olunub, uşaq baxçaları sistemi yenidən qurulub. Uşaqların daha çox uşaq baxçası xidmətinə cəlb edilməsi prosesi gedir”.M.Quliyev söyləyib ki, ölkəmizdə səhiyyə sahəsində islahatlar uğurla davam edir: “600-dan çox yeni səhiyyə müəssisələri açılıb və yaxud əsaslı təmir olunub. İcbari tibbi sığorta iki rayonda uğurla tətbiq olundu. 2018-ci ildə daha da genişlənərək tətbiq olunacaq. Əhalinin tibbi xidmətlərə əlçatanlığı əməli şəkildə təmin ediləcək”.
"Əhalinin səhiyyə və sağlamlıq xidmətləri sahəsindəki problemlərin getdikcə azalır"
Əhalinin səhiyyə və sağlamlıq xidmətləri sahəsindəki problemlərin getdikcə azaldığını deyən deputat vurğulayıb ki, ölkədə çox güclü səhiyyə mütəxəssisləri korpusu formalaşmaqdadır: “ Azərbaycanın demək olar ki, hər yerində ən müasir əməliyyatlar aparılır. Bura orqan köçürmə, açıq ürək, beyin əməliyyatları daxildir. Bu da Azərbaycan səhiyyəsinin inkişafından və dövlətin səhiyyəyə qayğısından xəbər verir. Prezident İlham Əliyevin tapşırığı ilə ildə 5 mindən çox insan tam dövlət hesabına icbari tibbi müayinələrə cəlb olunur. Tibbi müayinələr nəticəsində hər hansı xəstəlik və ya hər hansı xəstəliyə meyllilik varsa, onların dövlət vəsaiti hesabına müalicəsi həyata keçirilir”.
"Penisya və müavinətlərin artırılması gözlənilir"
Ölkəmizdə pensiya islahatları ilə bağlı həyata keçirilən işlərə toxunan M. Quliyev qeyd edib ki, cari ildə “Əmək pensiyaları” haqqında qanuna 150-dən çox dəyişiklik edilib: “ Bu, həm pensiyaların verilməsində şəffaflığın, sosial ədalətin, həm də pensiyaların vaxtlı-vaxtında verilməsini təmin etmişdir. Eyni zamanda aztəminatlı ailələrə ünvanlı sosial yardımın verilməsi prosesi davam edir. Bu ilin dövlət büdcəsində istər pensiyaların, istər əmək haqlarının, istər müavinətlərin gələn ildən artırılması üçün maliyyə vəsaiti nəzərdə tutulub”.
"Azərbaycan dünyanın ortadan yuxarı təminatlı ölkələrin sırasına keçməkdədir"
“Azərbaycan öz sosial iqtisadi inkişafına görə, artıq dünyanın ortadan yuxarı təminatlı ölkələrin sırasına keçməkdədir. Bu, çox ciddi göstəricidir. Eyni zamanda Azərbaycanın iqtisadi inkişafı, xüsusən də qeyri-neft sektorunun inkişafı regionlarımızda da həyat səviyyəsinin yüksəldilməsinə gətirib çıxarıb. Demoqrafik proseslər müsbət istiqamətdə gedir. Hər il 200 mindən çox yeni iş yerləri açılır, bunların böyük əksəriyyəti daimi iş yerləridir. Görülən işlərin nəticəsində əhalinin məşğulluğu yüksək səviyyədə təmin olunub. Azərbaycan əhalinin yoxsulluq səviyyəsi 5 faiz həddindədir ki bu da dünyada ən yaxşı göstəricilərdən biridir. Bütövlükdə götürdükdə Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmiz uğurla inkişaf edir, daha güclü, çiçəklənən dövlətə çevrilir ”- deyə, komitə sədrinin müavini əlavə edib.

sia.az

Digər xəbərlər