Analitika

  • 8 205

Ermənilər yeni ili ac qarşılayacaqlar

image

Rəsmi məlumat: "Ölkə əhalisinin 50 faizi yoxsulluq həddindədir"

Ermənistanda ilin son ayı müşahidə edilən ifrat bahalaşma sadə ermənilərin Yeni İl bayramını ac olaraq qarşılayacaqları proqnozlarını reallaşdırmaqdadır. Belə ki, hakimiyyətin yüksək eşalonlarında vəzifə sahibləri olan şəxslərə aid monopoliyalaşmış satış mərkəzlərində qiymətlər, demək olar ki, saatbasaat artamaqdadır.

Erməni sosioloq: "Onlar acdırlar"

Bu arada Ermənistanın ictimai təşkilatları ölkədə mövcud olan yoxsulluq həddinin durmadan artması barədə həyəcan təbili çalmaqdadırlar. Belə ki, hələ bu ilin martında jurnalistlərə açıqlama verən sosioloq Aqaron Adinekyan demişdi ki, erməni uşaqlarının məktəbə getməməsinin səbəbi aydındır. "Onların, nəinki isti paltar və ayaqqabısı yoxdur, həm də acdırlar"- sosioloq qeyd etmişdi.

Aqaron Adinbekyan "Bugünkü kimi dəhşətli vəziyyət heç vaxt qeydə alınmayıb"

Bu günlərdə yenidən mediaya çıxan Adinbekyan növbəti dəfə xalqın vəziyyətinin kritik olduğunu bildirib. Onun sözlərinə görə, yoxsulluq gələcək nəslin inkişafına neqativ təsir göstərir. "Bu yoxsulluq davamlı şəkildə rişə atır"-deyən A.Adinbekyan vurğulayıb: "Bugünkü kimi dəhşətli vəziyyət heç vaxt qeydə alınmayıb".
Erməni sosioloq, həmçinin, qeyd edib ki, Ermənistan ÜDM-in səviyyəsinə görə 135-ci yerdədir. Bu baxımdan, yoxsulluğun qarşısını almaq üçün dərhal tədbirlər görülməlidir. "Çünkin yoxsulluq, hər şeydən əvvəl, uşaqların psixoloji durumuna mənfi təsir göstərir"-deyən ekspert qeyd edib ki, hazırda Ermənistanda yoxsulluq həddi 50 faizdir.

Erməni saytı: "Bazar dəfnetmə bürosunu xatırladır, heç kim gəlmir və heç kim heç nə almır"

Yeri gəlmişkən, Ermənistanın 1in.am saytı da qiymətlərin həddindən artıq bahalaşmasının xalqın ac qalmasına səbəb olduğunu yazır. "Bazarlarda bayramqabağı ajiotaj müşahidə olunmur. Biz, furalarda (yük maşınlarında-R.N.) 1-2 milyon dramlıq (erməni pul vahidi-R.R.) mal gətirmişik, ancaq gün ərzində heç 20 min dramlıq satış edə bilmirik"-deyə erməni saytının jurnalisti ilə söhbətlərində satıcılar bildirib.
Onların sözlərinə görə, hətta qiymətləri ucuzlaşdırsalar belə, yenə də tətbiq olunan həmin qiymətlər alıcılar üçün əlçatmaz olur. SİTAT: "Bizdə bir kilosu 500 dramdan 1500 drama qədər alma, 1000 dramdan 2000 darama qədər armud, bir ədədi 800 darama isə nar məhsulları var, ancaq insanlar bazara daxil olmurlar, çünki onların əllərində pul yoxdur. Belə olan vəziyyətdə, insanlar necə alış-veriş etsinlər?"-deyə satıcılar giley-güzar ediblər.
Digər satıcı isə bildirib: "Bazar dəfnetmə bürosunu xatırladır, heç kim gəlmir və heç kim heç nə almır".

"Əgər bizdə pul yoxdursa, hansı təmtəraqlı Yeni İl süfrəsindən danışa bilərik?"

Erməni saytı yazır ki, alıcıların cüzi hissəsi, qiymətlərin baha olması səbəbindən, yalnız ilkin lazım olan məhsulları çox az miqdarda alırlar. Çünki bayram süfrəsinə nə isə qoymalıdırlar. Xüsusilə ət və ət məhsulları bahadır.
"Çox bahacıllıqdır. Bir pensiyaya və maaşa işləyən insan bu qiymətlərə necə alış-veriş edə bilər?"-deyə alıcılardan biri soruşub. "Mən, 30 min dram pensiya alıram. Bu pensiya ilə kilosu 2,5 min dram olan ət, ya da pomidor ala bilərəmmi? Əlbəttə, edə bilmərəm! Əgər bizdə pul yoxdursa, hansı təmtəraqlı Yeni İl süfrəsindən danışa bilərik? Məcburi şəkildə ən minimal şəkildə alış-veriş edirik"-deyə alıcı şikayətini davam etdirib.
Beləliklə, Ermənistan əhalisinin böyük hissəsi bayram öncəsi heç bir bayram ovqatında olmadıqlarını öz dilləri ilə etiraf edirlər. Bu isə, işğalçı ölkənin reallığını göstərən bariz sübutdur.
RÖVŞƏN

Digər xəbərlər