Analitika

  • 8 373

2018-ci il Ermənistana daha ağır günlər vəd edir

image

Sosial və iqtisadi narazılıq, artıq siyasi narazılığa keçmək üzrədir

Artıq kifayət qədər bəllidir ki, Ermənistanda iqtisadi-sosial gərginlik durmadan artır və bu amil qarşısıalınmaz prosesə çevrilib. 2018-ci il öncəsi bu ölkədə bütün məhsulların qiymətləri yüksək fazilərlə bahalaşmaqla yanaşı, artıq yeni-2018-ci ildən 800-dən çox məhsulun qiymətinin də qalxacağı ilə bağlı informasiyalar erməni xalqını təlaşlandırıb. Daha doğru desək, erməni cəmiyyətindəki psixoloji gərginliyin artması açıq-aşkar müşahidə olunmaqdadır.

Erməni ictimai təşkilatları: "Mövcud hal ümumxalq narazılığına və hətta üsyana çevrilə bilər"

Düşmən ölkədə sosial gərginlik pik həddə çatıb. Ancaq buna baxmayaraq, Serj Sarkisyan hakimiyyəti və ona tabe olan hərbi xunra narazılıq edənlərə qarşı, aşkar olaraq, repressiv siyasət yürüdüb, onları ən amansız qaydada cəzalandırır. Təkcə, son aylar həbsxanalardan erməni mətbuatına sızan xəbərlərdə hakimiyyətə qarşı çıxdıqlarına görə, həbs olunmuş insanlara hansı cəzaların verilməsi ətrafında qorxunc informasiyalar ictimailəşməkdədir.
Bütün bunların fonunda, bahalaşma dalğası davam edir. Xalq bilərəkdən ölümə doğru atılır. Məsələn, Ermənistanda fəaliyyət göstərən ictimai təşkilatların nümayəndələri də bildirir ki, ölkədə əsassız qiymət artımının qarşısının alınması üçün iqtisadi siyasət həyata keçirilmir. Əksinə, bahalaşma daha da davamlı xarakter almağa başlayır. Sanki sadə xalqdan nəyə görəsə intiqam alınır. "Bu səbəbdən də, mövcud hal ümumxalq narazılığına və hətta üsyana çevrilə bilər"-deyə ictimai təşkilat nümayəndələri bəyan edirlər. Misal üçün, hələ bu ilin sentyabr-oktyabr aylarında qiymətlər 30-35 faiz artmışdı. Halbuki ölkənin statistika xidməti inflyasiya həddinin 0,2 faizdən artıq olmadığını bildirmişdi. Reallıqda isə, bu rəqəm daha da artıb. Artıq noyabr-dekabr ayında qiymətlər 40-45 faziə qədər yüksəlib.
Digər tərəfdən, qiymət artımları 2018-ci ildə Avrasiya İqtisadi Birliyində Ermənistana münasibətdə mövcud olan bir sıra məhsullar üçün gömrük imtiyazlarının qüvvədən düşməsi ilə bağlıdır. Daha dəqiq desək, üçüncü ölkələrdən idxal olunan 759 adda məhsuldan da 2018-ci ildən etibarən Avrasiya İqtisadi Birliyində mövcud olan vahid gömrük rüsumu tutulacaqdır ki, bu da qiymətlərin növbəti dəfə bahalaşmasını qaçılmaz edəcək. Həmçinin, bu, Avrasiya İqtisadi Birliyinin Ermənistan bazarında üçüncü ölkələrdən gələn məhsulları sıxışdırmaq, öz məhsullarının istehlak olunmasını artırmaq məqsədi daşıyır. Lakin bunun əhali arasında narazılığa səbəb olacağı şübhəsizdir. Eyni zamanda, həm Avrasiya İqtisadi Birliyinə üzv olan, həm Avropa İttifaqı ilə çərçivə sazişi imzalamış Ermənistan bazarında Avropa və digər ölkələrdən gələn məhsulları sıxışdırmaqla monopoliya yaratmaq, Rusiya başda olmaqla, AİB ölkələrinin əsas məqsədidir.
Bu, əhali arasında hakimiyyətə qarşı olan nifrəti daha da yüksəldə bilər.

Prezident Serjin dələduz və fırıldaqçı qardşı "Fifti-fift" Saşa ona hansı təklifləri edib?

Beynəlxalq təşkilatların hesabatlarına görə, yarıdan çoxu "kölgə iqtisadiyyatı" olan Ermənistan iqtisadiyyatında monopoliyaya Serj Sarkisyanın yaxın ətrafı başçılıq edir ki, onlardan da biri onun qardaşı "Fifti-fift" ("Əlliyə əlli") Saşa ləqəbli fırıldaqçı və dələduz şəxsdir. Saşa isə qardaşına - prezident Serjə təklif edir ki, ölkənin bütün gəlirlərini onunla əllinin-əlliyə nisbətində bölərsə, iqtisadiyyata yatırımlar etmək üçün investorlar cəlb edəcək. Ancaq Serjik hələ də tələsmir və qardaşı Saşaya inanmır. Ancaq bütün bunlara rəğmən, xalqın qiymətlər artmasına olan narazılığı, həm də bu cür şəxsləri himayə edən, onlarla qohumluq əlaqələrinə malik olan siyasi rəhbərlikdən narazılığa keçmək an məsələsinə çevrilib. Yəni sosial və iqtisadi narazılıq artıq siyasi narazılığa keçmək üzrədir. Hər halda, qarşıdan gələn il düşmən ölkəni kəskin şəkildə çalxalayacaq. Proqnozlar və mümkün ehtimallar da bu cür qənaətə gəlməyə yetərincə zəmanət verməkdədir.

Rövşən RƏSULOV

Digər xəbərlər