Analitika

  • 8 837

Erməni xalqı üsyana hazırlaşır

image

Bu faktor istisna edilmir

Sirr deyil ki, Ermənistan prezidenti Serj Sarkisyanın qəddar rejimi məğlubiyyət, uğursuzluq və cinayətlərini gizlətməyə, kriminal oliqarxiya ilə hakimiyyəti qəsb etmiş dəstənin legitimləşmə cəhdlərini müxtəlif bəlağət səviyyəsindəki bəyanatlarla pərdələməyə çalışır. Dəfələrlə bu barədə istər xarici, istərsə də erməni politoloqları danışıblar. Fakt budur ki, Ermənistan məhv olmaq üzrədir və onu məhvə doğru sürükləyən Serj Sarkisyandır. Belə ki, bu gün adi erməni vətəndaşının yaşamaq üçün heç bir şansı da yoxdur. Aclıq və səfalət içində olan erməni xalqı, hətta qiyam da etməyə çalışdı, ancaq buna gücü çatmadı.
Bu arada Ermənistanın statistikası da hər şeyi tam çılpaqlığı ilə əks etdirir. Günü-gündən düşən rəqəmlər, ölkədə işləyən və ya işsiz olan, amma işləməyə hazır adamların sayı ilə bağlı statistika iqtisadiyyatdakı böhranın fasiləsiz güclənməsindən xəbər verir.

Serj Sarkisyan çoxşaxəli mütəşəkkil cinayətkarlığın kriminal gəlirlərinin legitimləşdirilməsi ilə məşğuldur

Xalq bank kreditləri içində boğulur və ölkədəki bank sisteminin bərbad vəziyyətdə olmasını kommersiya banklarının aktivlərinin çoxunu kreditlərin təşkil etməsi də aşkar göstərir. Düzdür, Sarkisyan rejimi gözdən pərdə asmaq üçün ölkədəki maliyyə vəsaiti dövriyyəsi və daxili investisiyaların artmasından bəhs edərək, iqtisadi inkişafı vurğulaya bilər. Lakin rəqəmlər tam tərsini göstərir və bu əks-mənzərə Yerevan hakimiyyətinin, necə deyərlər, əxlaqi deqradasiyası ilə mənəvi tənəzzülünü də ortaya qoyur. Ona görə də, rəsmi statistika daxili investisiyalar həcminin son illər fasiləsiz azaldığını etiraf edir, çünki belə rəqəmləri bütün səylərə və saxtalaşdırmalara rəğmən, gizləmək çox çətindir, hətta mümkünsüzdür. Halbuki bu gün Ermənistan iqtidarındakı yüksək çinli məmurların birbaşa nəzarətində olan, lakin üzdə müstəqil maliyyə-bankinq strukturu kimi təqdim edilərək, guya fəaliyyət göstərən bankların total əksəriyyəti çirkli pulların yuyularaq təmizlənməsi, başında S.Sarkisyanın durduğu çoxşaxəli mütəşəkkil cinayətkarlığın kriminal gəlirlərinin legitimləşdirilməsi ilə məşğuldur.

Ovanes Marqaryan: "Bizi dəhşət gözləyir"

Belə tələblərə riayət etməyən banklar isə ölkədə, ümumiyyətlə mövcud deyil.
Yeri gəlmişkən, erməni deputat Ovanes Marqaryan da, bəyan edib ki, son iki ildə ölkədə kəskin surətdə yoxsulluq və işsizlik artıb, minlərlə insan xarici ölkələrə gedib: "Hazırda Ermənistanda sosial-iqtisadi vəziyyət acınacaqlı durumdadır. Ölkənin xarici borcu 6 milyard dollar olduğu halda, büdcəsi 2,5 milyard dollardır. İşsizlik insanları boğur. Vəziyyət getdikcə daha da ağırlaşır. Ciddi addımlar atmaq lazımdır. Əks-təqdirdə, bizi dəhşət gözləyir".
Erməni ekspertləri, həmçinin, hesab edirlər ki, ölkə sosial partlayış ərəfəsindədir. Erməni Milli Konqresinin nümayəndəsi Vaqan Xaçatryan bununla bağlı bildirir ki, mövcud büdcənin vəziyyətindən də, aydın görünür ki, Sarkisyan hökuməti Ermənistanı bərbad hala qoyub. Çünki yeni büdcədə göstərilən rəqəmlər kağız üzərindədir. Artıq ölkə fəlakətin bir addımlığındadır. Gözlənilən fəlakətin qarşısını almaq gücündə olmayan hökumət tam tərkibdə istefa verməlidir. Lakin Serj istefa verməməklə yanaşı, hakimiyyətdəki "konstitusiya islahatlardan" yararlanıb, özünü baş nazir təyin etdirməyə çalışır. Çünki parlament idarəçilçiyində, o, topun elə özündə qalmasını arzulayır. Fəqət, erməni xalqının çox yaxın zamanlarda bu rejimə qarşı çıxıb, üsyan edəcəyini də istisna etmək olmaz.

R.RƏSULOV

Digər xəbərlər