Analitika

  • 8 790

“Sarkisyan erməni diasporu üçün artıq yükə çevrilib” AÇIQLAMA

image

“Erməni diasporunun Ermənistan prezidenti ilə açıq savaşa girməsi artıq Sarkisyan dövrünün bitdiyinin göstəricisidir”. Bunu SİA-ya açıqlamasında Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.Onun sözlərinə görə, bu gün Sarkisyan kimi adamlardan erməni diaspor mərkəzləri istifadə edirlər və müəyyən məqamdan sonra onu xərcləyib, qurtarıb bir kənara atırlar: “Bu da təbii olan haldır. Çünki onlar artıq yeni namizəd üzərində düşünür. Sarkisyan onlar üçün artıq yükə çevrilib və ondan xilas olmaq istəyirlər. Heç kimə sirr deyil ki, Sarkisyan da hansısa formada hakimiyyətdə qalmaq istəyir. Bu ilin martında Ermənistanda keçiriləcək prezident seçkilərə yeni namizəd elə Sarksiyanın partiyasından irəli sürülüb və onun adamıdır. Amma görünür erməni diasporu artıq fikrini dəyişib. Ola bilsin ki, bu iki Sarkisyanı bir-birindən ayırsınlar”.A.Nağı əlavə edib ki, ermənilər bütün məqamlardan istifadə edirlər ki, öz ağır vəziyyətdə olduqlarını, yazıqlıqlarını şikayət etsinlər. Bu, bir növ erməni xəstələyidir. Onlar ən müxtəlif vasitələrdən istifadə edirlər ki, hazırki status-kvo qorunub saxlansın”.

sia.az

Digər xəbərlər