Analitika

  • 6 934

Rusiya mətbuatı ölkələrimiz arasında əməkdaşlığın intensiv inkişafını yüksək dəyərləndirir ŞƏRH

image

Cənubi Qafqazda ən böyük iqtisadi tərəfdaşı olan Azərbaycanla əməkdaşlıq Rusiyanın da maraqlarına uyğundur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri bu ölkənin aparıcı mətbuat orqanlarının diqqət mərkəzindədir və Rusiyanın başlıca federal televiziya kanalları, xüsusən də aparıcı nəşrləri tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan Prezidentinin qonşu ölkəyə səfərinin yekunları barədə Rusiya ictimaiyyəti pozitiv rəyə malikdir və gözləntilərinin də müsbət olduğu açıq-aşkar müşahidə olunur.
Prezidentlərin Soçi görüşünün yekunlarına dair hökumətlərarası, müəssisələrarası bir çox mühüm sənədlərin imzalandığını yazan "Rossiyskaya qazeta” Prezident Vladimir Putinin fikirlərinə daha çox istinad edir və ölkələrimiz arasında iqtisadi əlaqələrin intensiv inkişafını yüksək dəyərləndirir. Ötən il əmtəə dövriyyəsinin təxminən 35 faiz artaraq 2 milyard dollara çatdığını işıqlandıran qəzet, danışıqların yekunlaına dair iqtisadi əməkdaşlığın müxtəlif sahələrinə aid təsdiqlənmiş 5 "yol xəritə”sinin əmtəə dövriyyəsini daha da artırmağa, inteqrasiya əlaqələrini intensivləşdirməyə imkan verəcəyindən bəhs edir.Rusiya və Azərbaycan prezidentlərinin nəqliyyat infrastrukturu sahəsində əməkdaşlığa xüsusi önəm verdiyini, "Şimal-Cənub” dəhlizini ən perspektivli layihə adlandırdıqlarını vurğulayan "Rossiyskaya qazeta” bu dəhlizin Cənubi Asiya və Yaxın Şərqdən İran vasitəsilə Avropaya yük daşımalarını xeyli sürətləndirməyə imkan verəcəyini ictimaiyyətin diqqətinə çatdırır. Qəzet Prezident İlham Əliyevin çıxışına da istinad edərək və sitat gətirərək yazır ki, "Azərbaycan da öz tərəfindən ölkə ərazisində bu istiqamətdə bütün mühüm infrastruktur layihələrini həyata keçirib. Bu il Şimal-Cənub nəqliyyat dəhlizi ilə keçən illə müqayisədə 100 dəfə çox yük daşınıb. Bu, hələ başlanğıcdır, çünki bu genişmiqyaslı qlobal layihə çoxsaylı ölkələri və qitələri əhatə edəcək. Beləliklə, ölkələrimizin tranzit imkanları artacaq, minlərlə yeni iş yeri yaradılacaq”.Bu nəşrin ölkələrimiz arasında əməkdaşlıq barədə, oxucularının, ölkə ictimaiyyətinin diqqətinə çatdırmaq istədiyi bu əməkdaşlığın əhəmiyyətidir. Görünür, həmin nəşrin timsalında Rusiya mətbuatı ölkələrimiz arasındakı münasibətlərə, əməkdaşlıqlara optimist yanaşır. Görünən odur ki, Rusiyanın kütləvi informasiya vasitələrinin gözləntiləri də, bu görüş barədə rəyi də müsbətdir. Daha dəqiq desək gözləntilərlə nəticələr tam üst-üstə düşür və məhz ictimaiyyətin diqqətinə çatdırmaq istənilən tərəflər arasında münasibətlərin, əməkdaşlıqların əhəmiyyəti və perspektivləridir.Prezidentlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələrə yer ayırdığını da diqqətə çatdıran "Rossiyskaya qazeta” Prezident Vladimir Putinin ölkəsinin ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin həllinə hərtərəfli kömək göstərəcəyi barədə fikirlərini də sitat gətirir. Məsələ burasındadır ki, Rusiya ictimaiyyətinin də artıq Ermənistan tərəfinin bu münaqişədə haqsız, ədalətsiz olduğunun, qeyri-konstruktiv mövqe tutduğunun fərqində olması açıq-aşkar müşahidə olunur və məhz ölkə prezidentinin öz fikirlərində də bu təzahür edir. Əsrlər boyu ruslardan asılı olan, daha dəqiq desək onlara yük olan ermənilərin hiyləgərliyi bu işğalçı ölkənin son hadisələrində, məxməri inqlabı zamanı tam qabarıq şəkildə bir daha üzə çıxdı və başda ölkə Prezidenti Vladimir Putin olmaqla bütövlükdə Rusiya ictimaiyyətinin ermənilərin xislətindən, hiyləgərliyindən, simasızlığından, etibarsızlığından cana doyduğu bir sözlə heç kim üçün sirr deyil.Azərbaycan Prezidentinin iki ölkə arasında hərbi-texniki əməkdaşlıq haqqında dedikləri də həmin qəzetdə Rusiya oxucularına təqdim olunur. Ələlxüsus, Cənab Prezident İlham Əliyevin, Silahlı Qüvvələrinin modernləşdirilməsini davam etdirmək üçün dünyada hərbi məhsulların ən mühüm istehsalçısı və beynəlxalq bazarların bu məhsullarla təchizatçısı olan Rusiya ilə Azərbaycan arasında reallaşdırılmış kontraktların həcminin 5 milyard dolları keçməsi barədə fikirlərini paylaşan "Rossiyskaya qazeta” ölkələrimiz arasında hərbi əməkdaşlığın bundan sonra daha da artacağına ümidlərini belə gizlətmir.Soçidə Azərbaycan ilə Rusiya arasında imzalanan sənədlərdən, iki ölkə arasında malların hava nəqliyyatı ilə daşınması sahəsində gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində qarşılıqlı fəaliyyət haqqında Protokol imzalanmasından bəhs edən "Kommersant” qəzeti isə yazır ki, "Bundan belə Rusiya və Azərbaycan "Qoşadaş” bloku və Xəzərin dibinin Azərbaycana aid hissəsində Abşeron yarımadasının şimalında neft və qaz potensialının öyrənilməsi ilə birgə məşğul olacaqlar. "Rosneft” və SOCAR, habelə "Qaz Avtomobil Zavodu” QSC ilə "Azərmaş” ASC arasında da müqavilələr imzalalanıb”. Göründüyü kimi bu nəşr də öz növbəsində iqtisadi sahədə əməkdaşlığın perspektivlərinə toxunur və ölkə ictimaiyyətini ölkələr arasındakı əməkdaşlığın əhəmiyyətindən xəbərdar etmək niyyəti güdür. Daha doğrusu, ilk öncə Rusiya mediasında, nəticə etibbarı ilə isə həmin ölkə ictimaiyyətinin nəzərində bu əməkdaşlığa əhəmiyyət verildiyi aydın şəkildə müşahidə olunur.
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfəri bu iki ölkə arasındakı münasibətlərin inkişafına təbii ki, təkan verəcək. Sözsüz ki, Rusiya ilə Azərbaycan strateji tərəfdaşdır və göründüyü kimi Rusiya da Azərbaycanla əməkdaşlıq etməyə maraq göstərir. Bunu Rusiya mətbuatından da izləmək, ictimai rəydə müşahidə etmək çətin deyil. Nəzərə alsaq ki, Azərbaycan Cənubi Qafqazda Rusiyanın ən böyük iqtisadi tərəfdaşıdır, deməli ölkəmizlə əməkdaşlıq əslində Rusiyanın da maraqlarına uyğundur. Prezident İlham Əliyevin səfəri ilə Azərbaycan-Rusiya münasibətləri yeni mərhələyə qədəm qoyması və bu səfərin həm tərəflər arasında ticarət dövriyyəsini artıracağına, həm də əməkdaşlığı daha da gücləndirəcəyinə zərrə qədər şübhə ola bilməz.Onu da qeyd etmək vacibdir ki, bu əməkdaşlıq Azərbaycan üçün də faydalıdır və bu münasibətlər ölkəmizə daha böyük perspektivlər vəd edir. Məhz Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində uğurlu nəticələrin ən qısa zamanda əldə edilməsi baxımından Rusiya və Azərbaycan arasındakı əlaqələrin, ələlxüsus hərbi sahədə əməkdaşlığın xüsusi əhəmiyyəti var. Əvvəla, hərbi qüvvələrimizin ən modern silahlarla təchiz edilməsi baxımından hərbi məhsulların ən mühüm istehsalçısı və beynəlxalq bazarların bu məhsullarla ən böyük təminatçısı olan Rusiya ilə bu sahədə əməkdaşlıq olduqca önəmlidir. Digər tərəfdən, Ermənistan üzərində böyük təsir imkanlarına malik olan Rusiyanın bu münaqişənin həllinə maraq göstərməsi və ələlxüsus ölkəmizlə hərbi əməkdaşlıq etməsi işğalçı dövlət üçün arzuolunmazdır və şübhəsiz ki, Qarabağ məsələsinin həllinə öz müsbət təsirini göstərməkdədir. Daha dəqiq desək, Rusiyanın Azərbaycanla hər bir sahədə, ələlxüsus hərbi sahədə əməkdaşlığı Dağlıq Qarabağ münaqişəsinin həllilni labüd edir və sürətləndirir.

sia.az

Digər xəbərlər