“Armenian report”: “KTMT Ermənistana tüpürür” ANALİTİK

Yaxud, KTMT-nin rusiyalı generalı Anatoli Sidorovun bəyanatı erməniləri niyə məyus edib?

Bir neçə gün öncə, Ermənistanın və separatçı “DQR”-ə məxsus silahlı birləşmələrinin Azərbaycana qarşı cəhd etdikləri təxribatları Silahlı Qüvvələrimiz tərəfindən qətiyyətlə alındı və düşmən böyük itkilərə məruz qalaraq, geri çəkilməyə vadar oldu. Məhz bu hadisədən sonra erməni ictimai rəyində yaranmış anti-Rusiya meylləri daha da artmağa başlayıb. Xüsusilə, Paşinyana yaxın media qurumları Ermənistanın üzvü olduğu KTMT-dən çıxması barədə müxtəlif səpgili yazılarla, məqalələrlə çıxış edir, politloq və ekspert rəyləri verilir. Artıq belə demək mümkünsə, Ermənistan “siyasi fahişəlik” üslubunda asılı dövlət olduğunu bir daha nümayiş etdirmiş olur. Uzun illər Rusiyanın altına “yıxılan” bu ölkə, indi də Qərbin altına “yıxılmağa” meyllənir ki, nəticədə daha böhranlı vəziyyətə doğru yuvarlanır. Xüsusilə, hədəfə görülən KTMT-yə necə deyərlər, “baltalar vurulur”, hətta bu qurumun rusiyalı yüksək rütbəli zabitlərinə qarşı təhqirlə yağdırılır.
“KTMT general Sidorovun simasında növbəti dəfə nümayiş etdirdi ki, bu qurum üzərinə düşən birbaşa öhdəlikləri açıq-aşkar qulaqardına vuraraq, Ermənistanın təhlükəsizliyini hesaba almır”
“Bizə belə bir vəziyyətdə yalnız general Sidorovu ayaq üstündə alqışlamaq qalır, ona görə ki, o, növbəti dəfə bizə göstərdi ki, Ermənistanla Rusiyanın yolları ayrıdır və KTMT bizim təhlükəsizliyimizə tüpürür”. SİA xəbər verir ki, bu barədə “armenianreport.com” saytının siyasi-analitik bölməsindəki yazıda qeyd olunub. Bildirilir ki, KTMT general Sidorovun simasında növbəti dəfə nümayiş etdirdi ki, bu qurum üzərinə düşən birbaşa öhdəlikləri açıq-aşkar qulaqardına vuraraq, Ermənistanın təhlükəsizliyini hesaba almır.Müəllif bu yazısında açıq-aşkar erməni həyasızlığı sərgiləyərək, iddia edir ki, guya Azərbaycan tərəfi nəinki “Artsax”, eləcə də Ermənistan respublikası sərhədində “gərginlik” yaradır. Belə ki, çərşənbə günü Ermənistan ordusunun əsgərinin ölümünü “sübut” kimi göstərən erməni analitik yazar bundan əvvəl də guya Kotinin mülki sakininin də “yaralandığını” iddia edib.Qeyd edək ki, əslində Dağlıq Qarabağ və ətraf rayonlarda, eləcə də Ermənistanla sərhəddə işğalçı Ermənistanın və separatçıların təxribatları davam edir və zaman-zaman Azərbaycan kənd və qəsəbələrinin dinc sakinləri - uşaqlar, qocalar və qadınlar qətlə yetirilir.
Sidorov bəyan edib ki, münaqişə tərəfləri yalnız öz aralarında, sülh yolu ilə porblemin həllinə nail ola bilərlər və KTMT silahlı qarşıdurmalara heç bir müdaxilə edə bilməz
Lakin bütün bunları hesaba almayan ermənilər bu dəfə Azərbaycanla yanaşı, KTMT-ni də ittiham edərək, bu hərbi alyansın fəaliyyətsizliyi barədə fikirlər yürüdür, guya həmin fəaliyyətsizliyə görə Azərbaycan tərəfinin “təxribata yol verdiyini” iddia edir, eləcə də qarşı tərəfin (Azərbaycanın-R.R.) Paşinyan hakimiyyətini bu yolla səriştəsiz olduğunu göstərməyə çalışır.Xatırladaq ki, ötən gün Moskva-Yerevan-Minsk-Bişkek-Astana videokörpüsü zamanı Ermənistanın “Tavuş” rayonunun Azərbaycan tərəfindən “atəşə” məruz qalması ilə bağlı sualları cavablandıran KTMT-nin Birləşmiş Qərargah rəisi, general-mayor Anatoli Sidorov bəyan edib ki, belə vəziyyətdə hərbi alyansın müdaxiləsindən söhbət belə gedə bilməz. Bununla yanaşı, Sidorov onu da bildirib ki, münaqişə tərəfləri yalnız öz aralarında, sülh yolu ilə porblemin həllinə nail ola bilərlər.
Erməni saytı: “Biz, bu qurumun yararsızlığını dəfələrlə görmüşük”
Bu baxımdan, rusiyaslı generalın sözlərindən hiddətlənən erməni müəllif yazır: “Prinsipcə, KTMT-nin Ermənistana nə dost, nə də yoldaş olmadığı barədə biz dəfələrə yazmışıq. Bu gün Ermənistanda çox cüzi şəkildə Rusiyanın cib təşkilatı (KTMT nəzərdə tutulut-R.R.) barədə illüziya quranlar var. Biz, bu qurumun yararsızlığını dəfələrlə görmüşük. Ona görə də Sidorovun bəlli bəyanatından təəccüblənməyə dəyməz. Rusların bənzər davranışları əvvəllər olduğu kimi, artıq ölkədə elə də kəskin reaksiyalara səbəb olmur”.“Maraqlı olan isə tam başqadır”, deyə yazılan məqalədə daha sonra bildirilir: “Məhz hamımız rus generallarının və KTMT nümayəndələrinin hədəflərinin nə olduğunu və müvafiq sözlərinin hədəfinin haraya tuşlandığını bilirik”.Erməni müəllif heç olmasa, sözdə Ermənistanın müdafiə olunmasının vacibliyi barədə yazaraq qeyd edib ki, KTMT heç bunu da etmir: “Moskva məhz bu yolla Paşinyana təsir göstərmək istəyir. Belə ki, əgər sən bizə tərəf başını aşağı salaraq, günahkar qismində gələrsənsə, NATO və Qərblə əməkdaşlıq məsələsindən imtina edərsənsə, bizdən heç bir köməyi gözləmə”.Beləliklə, armenianreport.com”un siyasi yazarı Moskvanın Ermənistanı və erməni baş naziri şantaj etdiyini yazır və qeyd edir ki, həmin vasitə ilə Rusiya erməni ictimai rəyindəki rusiyayönümlü qalıqları da məhv edir. “Bununla da Koşaryan-Sarkisyan cütlüyünə aid beşinci kolonun ayaq altındakı tabureti vuraraq, vəziyyəti daha da gərginləşdidir”, yazan müəllif buna misal olaraq, Ermənistanın ikinci prezidenti Robert Koçaryanın Rusiyanın “Kommersant” qəzetinə verdiyi müsahibəsini xatırladır: “Axı bir neçə gün öncə Robert Koçaryan öz müsahibəsində ağzı köpüklənə-köpüklənə sübut etməyə çalışırdı ki, Ermənistanın avrasiya sisteminin dəyərlərinə, KTMT-yə üzvlüyün saxlanılmasına və Rusiyaya tərəf orientasiyaya alternativ yoxdur. Hansı ki, Ermənistan partlayış təhlükəsi olan regionda yerləşir və ona əsas təhlükə Türkiyə və Azərbaycan tərəfindən gələ bilər, bu baxımdan da KTMT-dən başqa ona heç kim kömək edə bilməz”.
“Onların hərəkətə gəlmələri üçün daha nə baş verməlidir?”
“Bəs biz nə görürük?” sualını edən erməni saytının siyasi yazarı qeyd edir: “Görürük ki, KTMT-nin rusiyalı generalları öz sarsaq və yekəbaş bəyanatları ilə Koçaryanın moskvayönümlü düşüncələrini rədd edirlər. Bizə belə bir vəziyyətdə yalnız general Sidorovu ayaq üstündə alqışlamaq qalır, ona görə ki, o, növbəti dəfə bizə göstərdi ki, Ermənistanla Rusiyanın yolları ayrıdır və KTMT bizim təhlükəsizliyimizə tüpürür. Axı onların hərəkətə gəlmələri üçün daha nə baş verməlidir?”Maraqlıdır ki, erməni müəllif KTMT-ni NATO ilə müqayisə edərək, bu kimi halların Şimal Alyansında baş verməsinin birmənalı olaraq mümkünsüz olduğunu yazıb.Beləliklə, “armenianreport.com”un siyasi yazarı Ermənistanın Rusiyadan qoparaq, Qərbə doğru meyllənməsinin vacibliyi barədə fikirlər yürüdüb və Paşinyan hakimiyyətinin bu istiqamətdə daha inadkar hərəkət etməli olduğunu yazıb.“Sidorovlar və onların Ermənistandakı simaları olan oçaryan-Sarkisyan cütlüyü qoy bundan sonra da banlasınlar, erməni xalqı artıq onlara inanmır”, deyə məqalənin sonunda bildirilir.Yeri gəlmişkən, xatırlaya bilərik ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvada Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi görüşün uğursuzluqları kökündə də məhz onun ölkəsinin Qərbə doğru inteqrasiya xətti tutması maraqları dayanır. Bütün bunların nəticəsi olaraq, Ermənistan get-fedə Rusiyadan daha ağır zərbələr almalı olacaq. Hətta elə bir zərbələr ki, ölkə tamamilə ölü respublikaya çevrilənədək.

sia.az