Köşə

  • 5 294

İsa Qəmbərin "ocağ"ı

image

"VİP" sədri Əli Əliyevin keçirdiyi qurultayı izləyən tanışları gülməkdən uğunub getmişdilər. Deməli, qurultayda iştirak edənlərin özləri cəhənnəmə, fikirləri lap biabırçılıq olub. AXP sədri Pənah Hüseyn də çıxış edib və ağzından "quş" buraxıb ki, İsa Qəmbər yaxın vaxtlarda xaricdə olub və mitinq keçirəcəyi ilə bağlı lazımi danışıqlar aparıb. Kişinin oğlu mitinq keçirmək istəyir, bunun üçün də xaricdən razılıq alır.

İ.Qəmbərin hərəkəti lap İsfəndiyar kişinin hərəkətinə oxşayır. Deməli, Cəlilabadda "Ocaq" Petrol (zapravka) var. Tanıyanlar bilir, düz yolun qırağındadır. Cəlilabad sakini İsfəndiyar adlı bir kişi hər həftənin axırı kəndə səs salır ki, ay camaat, "ocağ"a gedəcəm, kimin nəziri varsa, versin. Hər həftə nəzir pullarını yığır, "Ocaq" petrola gedib, "polnı bak" vurub qayıdır. İndi xaricdən İ.Qəmbərə pul ayıranlar da bilməlidirlər ki, pulu basıb özü yeyəcək, beş-üç manat ətrafındakıların ağzına atacaq, vəssallam! Onsuz da, onun mitinqlərində 150 nəfər iştirak edir, hərəsinə 10 manatdan 1500 manat nədir ki!? Ötən ilin sentyabr ayında mitinq keçirən İ.Qəmbərin tutduğu siyahıda təkcə plakatların hazırlanması üçün 40 min dollar pulun tələb olunduğu göstərilmişdi. Əsl biabırçılqıdır, meydana 400 nəfər çıxara bilmyən adam təkcə plakatların hazırlanması üçün xarici "day-day"larından 40 min dollar pul alır.

Eşitmişəm ki, təptəzə düdük kimi meydana çıxan Ağasif Şakiroğlu adlı gənc, yəni özünü "Gələcək Azərbaycan" partiyasının sədri kimi təqdim edən bu adam ADP-nin qərargahında kirayəyə 2 otaqlı ofis götürübmüş. Yəni başqa cür desək, Rəsul Quliyevin yaratdığı növbəti bu partiya Sərdar Cəlaloğlunun qərargahında yerləşir. Vaxtilə R.Quliyevin qanını zəli kimi soran S.Cəlaloğlu, indi ondan aylıq 400 manat kirayə haqqı alır. Nə vecinə, axmağın pulunu yeyərlər də. S.Cəlaloğlu özünə qəzetlər, saytlar açdı, təzə "Prado", "Sahil" metrosunun düz yanında mənzil aldı, bir-iki obyekt açdı, bütün problemlərini həll elədi, axırda da R.Quliyevə dedi ki, "xoş gəldin". Sən demə, R.Quliyev pulla ələ aldığı bir ovuc insana söz verib ki, hakimiyyətə gələn kimi, sizə vəzifə verəcəm. Özü cəhənnəmə, bu uşaqlar da başa düşmürlər ki, Rəsul dünyaya göz açanda, İkinci Dünya müharibəsi yenicə qurtarmışdı. Yəni bu adamın nə az-nə çox düz 70 yaşı var, 22 ildir Amerikada yaşayır, artıq dilimizdə danışa da bilmir və güclə nəfəs alır. Dövlət əmlakını talayan bu adamamı qalıb ümidiniz? Amma heç kefimi pozmuram, çünki Rəsulun yeni partiyasına qoşulan 15020 nəfər bu gənclərin heç biri normal adam deyil. Biri əsgərlikdən yayınıb, o biri anasının qızıllarını oğurlayıb, indi də gəlib partiyaya qoşulub, digəri də sevdiyi qızdan küsüb, acıq eləyib gəlib qoşulub bu səfehlərə...

Digər xəbərlər