Köşə

  • 7 521

Azərbaycanda nə qədər müxalif siyasi "bomj" var?

image

İnsaf üçün deyim ki, siyasi "bomj"luq dəhşətlidir, 1 litri 70 qəpik olan "çubuş"dan guppuldadıb, küçələrdə sərgərdan gəzən, skamyalarda "tirtap" olan, danışanda ağzına söz ala bilməyən, ayağının altındakı torpağı belə incitməyən bədbəxt adamın "bomj"luğunun özündən başqa, kimsəyə ziyani yoxdur. Nə qədər vurursa-vussun, özü bilər... Ancaq siyasi "bomj"luq çox pisdir... Bir var araqdan vurub, orda-burda sülənəsən, bir də var ki, düşük ideyalarla başını gicəlləndirib, hər gün bir siyasi düşərgədə veyillənəsən... Məsələn, bir nəfər izah eləsin görək, Xədicə İsmayıl konkret hansı siyasi partiyanın üzvüdür, yaxud kimə və nəyə xidmət edir? Harda aş, orda başdır bu "qadın...". Gah "Milli Şura"da, gah da Müsavatda veyillənir, hələ "ədalət" damarı tutanda, mitinqlərdə iştirakını demirəm. Gah da ki, "Nida"çılara mənəvi "ana"lığın detallarını izah eləyir. Bude, aylıq 500 manat maaş verdiyi "Nida"çılar olduqca aqressiv olublar, biri mənə yazıb ki, əcəb eləyib Xədicədən maaş alırıq. Mən "bomj"da bu qədər pulun olduğunu ilk dəfədir görürəm. Hələ mən Məsud adlı "Nida"çını demirəm. Maşallah, gələcəkdə gör nə qədər siyasi "bomj"larımız olacaq. Sələflərinə- İbrahim İbrahimliyə, Sülhəddin Əkbərə, Rəsul Quliyevə (o özü həm də siyasi "bomj" yetişdirir), Cəmil Həsənliyə sadiqdirlər.

Ələlxüsus da, siyasi "bomj"luğun C.Həsənli ilə bağlı olan tərəfləri daha maraqlıdır. Baxın: 1989-cu ildə AXC-yə üzv olur, 1992-ci ildə Müsavat partiyasına yazılır. Yəni 1992-ci ildə C.Həsənlinin cibində iki partiyanın bileti var idi. 1993-cü ildə hər iki partiyadan çıxır, lakin üzvlükdən çıxmaqla bağlı ərizəni təkcə Müsavata təqdim edir. Ölkədə sürətlə dəyişən ictimai-siyasi vəziyyəti dəyərləndirə bilmədiyinə görə, bir müddət sonra, haqqında danışılanlara cavab vermək üçün bəyan edir ki, "mən cəbhəçiyəm...". Ancaq bundan bir gün sonra, onun digər partiyalara da marağının olması ilə bağlı məlumatlar qəzetlərdə dərc olunur. 2005-ci ildə AXCP-dən də istefa verir, deputat kürsüsündə oturub ölkəmizdə aparılan işlərdən ağız dolusu danışır. 4 il sonra isə, seçkiyə bir il qalmış, yenidən qımıldanır, "ziyalılar forumu" adlanan quruma üz tutur və 2013-cü ildə ordan da qaçır. 2013-cü ildə "Milli Şura"ya gedir... Bu, nə tərcümeyi-haldır, bu, nə rəzalətdir? Siyasi "bomj"luğun bundan ötə nümunəsi varmı?
Vallah, düz deyirəm, bir nəfər tapılsaydı, Aslan İsmayılovu da bu pis vərdişdən çəkindirərdi. Mən həmişə demişəm, bir daha deyirəm, kim ki deyir ha, guya "aslanın dişisi olmaz", yalan söhbətdir, Aslanın dişisi də olurmış. Bunun "bomj"luğu, ümumiyyətlə, ayaq atıb yeriməyinə imkan vermir. C.Həsənli heç olmasa bu skamyadan durub, o birisində otura bilir. Aslanın dərdi lap ağırdır. Facebookda nə qədər kərpicbaş gədələr varsa, hamısını başına yığıb, özünü "vətənpərvər" donuna salıb. Kişi kimi çıxsın, desin ki, indiyə qədər bircə nəfər kasıbın məhkəmələrdə hüquqlarını müdafiə edib... Bu adamın məhkəmələrdə müdafiə etdiyi şəxslərin hamısı iş adamlarıdır, varlılardır. Elə "biznes-ledilərdən" birini də şantaj eləyib, şəhərin ən yaxşı yerində özünə ofis almadımı?

Digər xəbərlər