Köşə

  • 5 764

Erməniçilik toplusu

image

Müxalif düşərgənin dağıdıcı qütbünün xarici maraqlı dairələrinin təsiri altında olması hamıya yaxşı bəllidir. Azərbaycanın çörəyini yeyib, suyunu içərək böyüyən, adam içinə girib özünü adam sanmağa başlayan, sonadan isə bütün bunları unudaraq, yediyi çörək və içdiyi su qabına qudurğancasına şıllaq atıb aşıran erməniçilik toplusu o qədərdir ki! Təəssüf doğuran da odur ki, belələri hələ də özlərinə "azərbaycanlı" deməkdədirlər. Belə "azərbaycanlılar"ın siyasi mühacir olmalarına təkan verən daha bir güc onlarda mövcud olan tükənməz erməniçilik sevdasıdır. Bir də bu gün erməni deyilən bir bici, nəsli-kökü bilinməzi azərbaycanlı deyilən bir qeyrətlidən daha artıq tutmaqla, əslində, nə qədər mənəviyyatsız olduqlarını göstərirlər.

Elə bu yerdə özünü gah "araşdırmaçı-jurnalist", gah da "hüquq müdafiəçisi" kimi təqdim edən Xədicə İsmayıl ofisi Almaniyada yerləşən və bilavasitə, Azərbaycanın dövlətçilik maraqlarına qarşı çıxan, eyni zamanda, erməni lobbisinin maraqlarını müdafiə edərək, qrant adı altında rüşvətlər alan "Meydan" TV internet üzərindən yayımlanan media qurumunu tərifləməsi onun gerçək üzünün göstəricisidir. Bu, o X.İsmayıldır ki, dövlətə xəyanət etməklə, rahat şəkildə gedib özünə erməni qohumları seçmək üçün dəridən-qabıqdan çıxır. Əslində, bu satqın və xəyanətkar, meydanda tək deyil. Onun kimi Leyla-Arif Yunuslar, Emin Milli, Qənimət Zahid... kimilər də var ki, onlar Azərbaycan xalqı tərəfindən rədd edilirlər. Belələrini unutmaq daha yaxşıdır. Misal üçün, Rüstəm İbrahimbəyovdan imtina edən qardaşı Maqsud İbrahimbəyov, Qənimət Zahiddən imtina etmiş qardaşı Mirzə Sakit... Bu məsələnin kökündə dayanan digər amillərdən biri isə də radikaizlim amilidir. Bu gün bu satqınları müdafiə edənlər kimlərdir? Elə onlar kimi erməniyə dayı, əmi, hətta ata deyən axecepenin satqınbaşı Əli Kərimli və onun çar-çaqalları. Artıq hər kəs görür və bilir ki, Azərbaycanda köhnəlmiş, bir neçə yerə satılmış müxalifət adlananlar heç bir işə gərək deyillər.
Bu yerdə fikirlərimi ataların dediyi ibratəmiz bir sözlə bitirmək istərdim: "Məscidin gümbəzinə nə qədər daş atsan, o daş sürüşüb yerə düşər". Azərbaycana da bu satıb-satılanlar nə qədər daş atmağa çalışsalar da onların şər-böhtanları bizim ölkəmizə yapışmayacaq. Çünki Azərbaycan öz qətiyyətli yolu ilə gedir və onu bu yoldan kimsə döndərə bilməyəcək.

Digər xəbərlər