Köşə

  • 9 205

Dağıdıcı müxalifət - anti-milli ünsürlərin toplaşdığı kolonun beşinci sırası

image


Son günlər dağıdıcı müxalifət ünsürləri böyük təşviş və təlaş keçirirlər. Dağıdıcıların Gözəl Bayramlı və Əfqan Muxtarlı həbs olunmalarının ardınca görünən budur ki, anti-milli ünsürlərin toplandığı kolonun beşinci sırasında vəziyyət heç də onlar üçün ürəkaçan deyil. Çünki Azərbaycana qarşı hazırlanan planlarının icrası fiaskoya uğradığı kimi, bu dəfə də eyni hal yaşanıb. Bu səbəbdən, hadisələrin gedişatına varmadan (çünki G.Bayramlı və Ə.Muxtarlı bəlli olayları ilə bağlı məlumatlar ətrafında kifayət qədər informasiya var) digər əsas mətləbə keçməyi daha məqsədəuyğun saydım.

Bu fakt özünün təsdiqini Gürcüstan məsələsində tapmış oldu

Sirr deyil ki, dağıdıcı ünsürlər Qərbin Azərbaycan əleyhinə fəaliyyət göstərən təşkilatları ilə sıx əməkdaşlıqları olduğuna görə, onlar arasında maddi maraqlarının ödənilməsi prosesləri aparılıb. Yəni Azərbaycanda siyasiləşmiş QHT-lərin və müxalifət partiyalarının xarici fondlardan aldıqları qarantlarının qarşısı dövlət qanunları ilə alındıqdan sonra, maddi maraqların ödənilməsi prosesi xarici ölkələrdə gizli qaydada aparılıb və bu fakt özünün təsdiqini Gürcüstan məsələsində tapmış oldu.
Digər tərəfdən, Azərbaycanın beynəlxalq aləmdə qazandığı uğurların miqyası artdıqca, antiazərbaycançı şəbəkənin qəddi daha çox əyilir, müvəffəqiyyətsizliyindən doğan əsəbi daha çox tarıma çəkilir. Bundan narahat olanlar təkcə həmin şəbəkə yox, həm də müxtəlif maddi təkliflər, vədlər müqabilində Azərbaycanda "siyasi təşkilat", "hüquq müdafiəçisi" adı ilə fəaliyyət göstərib, əslində isə, bu antimilli şəbəkənin xidmətində duranlardır. Belələrinin dövlət, dövlətçilik və milli maraqların əleyhinə yönələn mövqelərinə ən tutarlı cavab elə həmişə xalq tərəfindən gəlib. Elə də böyük zaman kəsiyini əhatə etməyən yeni müstəqillik tariximizə nəzər yetirdikdə, bunun real mənzərəsini aydın nümayiş etdirən və bir çoxumuzun canlı şahidi olduğu xeyli faktlar görmək mümkündür.

Çünki təfəkkürləri bundan o yana inkişaf etməyib

Son vaxtlar Müsavat partiyasının və AXCP-nin yenidən keçirməyə çalışdıqları mitinqləri bunun daha bir real nümunəsidir. Necə deyərlər, əllərinə girəvə düşən radikallar indi də G.Bayramlı, Ə.Muxtarlı məsələsində daş atıb başlarını tutmaqla, siyasi həyasızlıqla məşğul olmağa başlayıblar. Başqa vaxt bir-birlərinin ətini didən, seçkilərdə ən kiçik məsələni belə güzəştə getməyə razı olmayan radikallar nədənsə G.Bayramlı-Ə.Muxtarlı məsələsinə bir ağızdan dəm tuturlar. Çünki ortada pul var. Hətta mitinq keçirmək planı barədə də müxtəlif fikirlər irəli sürürlər. Halbuki bu qurumların son mitinqlərindəki vəziyyətləri onların acınacaqlı, eləcə də, siyasi ölümə məhkumu olduqlarını sübuta yetirmiş oldu.
Baş verənlər isə, növbəti dəfə göstərir ki, müxalifətin dağıdıcı qanadının əməllərində, təfəkküründə hələ də dəyişiklik baş verməyib. Bunlar hələ də ötən əsrin 90-cı illərinin əvvəllərindəki fəaliyyətlərini davam etdirməkdədirlər. Çünki təfəkkürləri bundan o yana inkişaf etməyib.

Digər xəbərlər