Köşə

  • 11 573

Əli Kərimli - müxalifətin anlamazı

image

Səhvi anlayaraq, onu etiraf etmək hər adamın işi deyil. Fakt budur ki, bu gün əlilər, isalar, leylalar... Bu, düşüncədən və reallıqdan çox-çox uzaqdırlar. Ancaq onların bu düşüncəsini xəstə təxəyüllü müxalifət adlandıranda, inciyirlər. Qınamıram onları, çünki 24 il ərzində anlamazlıq yolu keçiblər.
Xüsusilə də, son vaxtlar Ə.Kərimli yenə də ətrafına topladığı gənclərdən istifadə edərək, mitinqə səsləməkdə məqsədi pul-para, qrant əldə etməkdir. Ə.Kərimli Qərbin bir sıra qaranlıq siyasi dairələri, erməni lobbisi, eləcə də, digər anti-Azərbaycan xarakterli qüvvələr qarşısında istədiyini almağa çalışır. Ancaq bu gənclər hələ də dərk etmirlər ki, dəstək olduqları dağıdıcı müxalifət "liderləri" onları həmişə olduğu kimi, yenə də aldadacaqlar. İcazəsiz mitinqdə iştirak etdiklərinə görə həbs olunan hər bir gənc isə onlara siyasi dividend gətirir. Xarici təşkilatlar qarşısında dillər uzanır, ciblərinə isə qrant selləri axır. Bu pul-paraları isə həmin "liderlər" öz "gül balalarına" yedirdirlər - haram tikə kimi!
Xatırlayaq ki, Ə.Kərimlinin "gül balası" da 2013-cü ilin prezident seçkiləri dövründə plakatları cırdığına görə, bir neçə günlük həbsə atılarkən, onun atası oğlunun "sui-qəsdə" məruz qaldığını bar-bar bağırırdı. Bu zaman sual ortaya çıxır ki, məgər sizin gül balalarınız, həbsə atdırdığınız, illərlə həbsdə qalaraq, mənəvi əziyyətlər çəkən və bu gün etiraflar edən "NİDA"-çı gənclərin nəyindən artıqdır ki?! Yaxud nəyə görə dünənə kimi azadlığa buraxılmalarını tələb etdiyiniz "NİDA"-çı gənclər azadlığa çıxan kimi, indi də sizlərin qatı tənqid hədəfinə çevrilib?
Gah mitinq, gah aclıq, gah da digər naftalin iyi verən etiraz tədbirləri ilə gündəmə düşmək istəyən dəyərsiz dağıdıcı müxalifət ünsürləri, o cumlədən, Ə.Kərimli bu faktoru dərk edə bilməz.
Bax, budur Ə.Kərimlinin iç üzü və xisləti.

Digər xəbərlər