Köşə

  • 13 970

Əli Kərimlinin şüarı -daha çox "qurban", daha çox pul!

image

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin son zamanlar maliyyə cəhətdən sıxıntılara məruz qalması xəbəri öz təsdiqini tapdıqdan sonra, partiya daxilindən yeni informasiyanın sızması onun heç də fəaliyyətsiz qalmamasını göstərir. Belə ki, AXCP-dəki mənbəmiz vasitəsi ilə əldə etdiyimiz məlumata görə, Kərimli maliyyə resurslarını artırmaq istiqamətində köhnə taktikalarına əl ataraq, Qərb ölkələrinin səfirliklərinə ağız açmaq niyyətindədir. Xüsusilə, müavini Gözəl Bayramlının məlum "Gürcüstan işi" ifşa olunduqdan sonra AXCP sədri dalana dirəndiyinin fərqinə varmağa başlayıb. Bu baxımdan, Ə.Kərimli xarici səfirliklərə "qırmaq" atmaqdan başqa yolunun olmadığını görür. O, yaxşı bilir ki, "Yurd" sıralarından həbs olunan şəxslərin "müdafiəsinə" qalxarsa, yəni bu məsələlər ətrafında hay-haray qaldırarsa, "demokratiya naminə" qarantlar almağa müvəffəq ola bilər. Çünki bir sıra qaranlıq Qərb dairələri artıq Azərbaycan əleyhinə yeni ssenarilər işləyib-hazırlamaqdadırlar. Ona görə də, əlinə düşən fürsəti fövtə verməməyə cəhd edən Kərimli bu məsələdən qazanc götürməyə çalışır.

Digər tərəfdən, daha öncəki hadisələrdə də - məsələn, müavini Fuad Qəhrəmanlının həbsindən sonra radikal dindarlarla birgə mitinqlər keçirən AXCP sədri həmin oyunları vasitəsilə xarici havadarlarından kifayət qədər maliyyə yardımları almağa müvəffəq olmuşdu. Ancaq Ə.Kərimli əldə etdyi yardımlardan müvafiq məsələlərə xərcləməyərək, onları mənimsəmişdi. Məsələn, xatırlatmaq yerinə düşərdi ki, F.Qəhrəmanlının evinə gedərək, ailəsinə az miqdarda maliyyə yardımı ayırdıqdan sonra, Ə.Kərimli bu günə qədər, bir dəfə də olsun, müavininin ailəsinə baş çəkməyib. Bunu isə biz deyil, elə AXCP daxilində olan insanlar da təsdiq edirlər. Təkcə sosial şəbəkələrdə sözügedən mövzu ilə bağlı yüzlərlə şərhlər mövcuddur. Məhz bu faktor da kifayət qədər təsdiq edir ki, Ə.Kərimli hər zaman hər şeydən, o cümlədən də, siyasi həbslərdən pul qazanmağa çalışıb. Hətta belə desək, AXCP sədrinin ictimailəşdirmədiyi şüarı da var - nə qədər çox həbs, o qədər də çox maddi gəlir...
Bu baxımdan, belə hesab etmək olar ki, indi də digər müavini G.Bayramlının, eləcə də, Əfqan Muxtarlının həbsindən yararlanacaq Ə.Kərimlinin maliyyə əldə etmək imkanları yenidən genişlənir. Ancaq F.Qəhrəmanlıda da olduğu kimi, o, səfirliklərdən istədiyini qopardıqdan sonra, G.Bayramlı və Ə.Muxtarlı amillərini də atacaq bir kənara, əldə etdiyi pullarını xərcləyib qurtarana qədər yeni qurbanlar axtarışına çıxacaq. Nəticədə qazanan və gəlir əldə edən yenə də AXCP sədri olacaq. Yerdə qalan cəbhəçilər isə, sadəcə, onun boğazdan yuxarı çığırdığı şüarlarının təsiri altında siyasi məhvə doğru sürüklənəcəklər və əslində, Ə.Kərimlinin siyasi səhnədə qalmaq cəhdlərinin arxasında duran baqşa səbəbləri axtarmağa da dəyməz. Onu nə hakimiyyətə yiyələnmək, nə də başqa məsələlər maraqlandırmır. Kərimlini maraqlandıran əsas məsələ sədri olduğu AXCP adı altında aldatdığı azasaylı cameəsi vasitəsilə çoxlu pul qazanmaq və siyasi biznesini inkişaf etdirməkdir. Yəni səbəb də, məhz budur.

Digər xəbərlər