Köşə

  • 13 239

Xədicə salam vermir, İlqar tort yeyir

image

Qondarma "hüquq mühafizəçisi" Xədicə İsmayılın nə qədər aşağı zəkalının birisi olduğunu sübut etmək üçün dəlil-sübuta ehtiyac yoxdur. Hələ bir neçə il bundan öncə, onun qadın alveri ilə məşğul olduğunu yazanda, daş atıb baş yardılar, Qərbin bütün təxribatçı dairələri bu qadını (?) müdafiə eləməyə başladılar. Deyəndə ki, Xədicə üçün heç bir dəyər yoxdur, bu adamın (?) daha itirməyə də bir şeyi qalmayıb, bütün fəaliyyətini antiazərbaycançılıq üzərində qurub, inanmırlar.

Axır ki, Xədicə özünün nə qədər cılızın biri olduğunu etiraf elədi. Özü yazır, deyir ki, kafedə Xəzər TV-nin müxbiri mənə salam verdi, mən də onun salamını almadım. Sonra da özünü "vicdanlı adam" adlandırır. Əvvəla, ondan başlayaq ki, siyasi baxışları səninkindən fərqli olan bir jurnalist salam verirsə, niyə almırsan? Hamı sənin kimi ABŞ-ın quluna çevrilməli, dövlətinə xəyanətmi etməlidir? Kim sənin kimi düşünmürsə, salama layiq deyilmi? O ki qaldı özünə "vicdanlı adam" deməyinə, sən vicdanını qadın alveri ilə məşğul olan bacını müdafiə eləyəndə, bir dəfə itirmisən. Sonra Qərbin xüsusi xidmət orqanları sənin casus olduğunu bəyan edəndə, sən də bunu canu-dildən təsdiqləyəndə, növbəti dəfə vicdanının dalına bir təpik vurub, qırağa atmısan. Sən təkcə vicdanını deyil, əxlaqını da itirmisən. Vallah, səndə olan sifət məndə olsaydı, indi Yupiterdə özümə 5-6 market açmışdım. Bağçanı sökdürüb, özünə tikdirdiyin villadan 2-3-nü də mən Ayın ortasında tikdirərdim. Dostumuz, tanınmış ekspert Sahib Məmmədov Xədicənin jurnalistin salamını almamasına çox yaxşı reaksiya verib, onu əməlli-başlı lağa qoyub.
Yeri düşmüşkən, Xədicə ilə Qəniməz Zahidin hoqqalarından maarqlı bir epizod danışım. Qənimətin gecə-gündüz sərxoş olduğunu, bütün günü içdiyini də hamı bilir. O vaxt Azərbaycanda olanda istəyib ki, yeyib-içsin. Bunun üçün də 50 dollar pul axtarırmış. Xədicənin məsləhəti ilə gedir Müsavatın o vaxtkı başqanı İsa Qəmbərin yanına. Qənimət guya özünü sındırmaq istəməyib. Deyib ki, ay İsa bəy, qəzetimizin çap xərci var, 2 min dollar pul lazımdır, uzağı 2-3 günə qaytaracam. İsa da çıxarıb 2 min dollar pul verib. Qənimət gedib nəyi var içir və düz 50 dollar xərcləyir. Sonra da 1950 manatı götürüb gəlir İsanın yanına. Pulu qaytarıb, İsa da 50 dolları istəməyib. Yadınızdadırsa, bu adamlar ötən əsrin 90-cı illərində də özlərini necə idarə edirdilərsə, dövləti də elə idarə edirdilər. Eynilə bu üsulla- fırıldaqçılıq, badalaq vurma, sərxoş eləyib torbasını tikmək, içirdib sərəncam verdirmək və s. Elə götürün Pənah Hüseyni! Vallah. Imkanı olsa indi də bir köhnə "04"ün dalına qarpızdan yükləyib şəhərdə satardı. 1992-ci ildə bu adam Biləsuvarda mitinqdə qışqırdığına görə, bir arvad ağzına tərs bir yumruq zollayıbmış. Arvada gücü çatmayan Pənah dərhal onun oğlunu həbs etdirir. Bu adamların indi ağız dolusu danışdıqları o vaxtın "demokratiya"sı bu imiş.
Həqiqətən, gör bu adamlar nə günə qalıblar... İlqar Məmmmədovun ad günündə həbsxanaya tort aparıblar, özü də AŞPA-nın ermənisifət "çinovnik"ləri... Qohum-əqrəba da yox ha, indi fikirləşin.

Digər xəbərlər