Köşə

  • 14 090

Xainin buynuzu olmur ki!..

image

"Ümid" partiyasının sədri İqbal Ağazadə 2015-ci ilin payızından bu yana nə danışırsa, dediklərini nə özü başa düşür, nə də başqaları. Bu adamın ötən əsrin 90-cı illərdəki hoqqabazlıqları tamamilə açılıb-tökülməli idi ki, camaat içinə çıxa bilməsin. İqbal əkə görün indi nə deyir: "İqtidar-müxalifət dialoqu olmasa, terror hadisələri Azərbaycana keçə bilər". Paho, şantaja baxın! Milli Məclisdə deputat olanda, heç belə demirdin, ay İqbal! Yaxud 2014-cü ildə verdiyin müsahibədə iqtidar-müxalifət dialoqunun lazım olmadığını züy tutub aləmə car çəkəndə, niyə belə danışmırdın? Əslində, İqbal əkə bu cümləni işlətməklə, istəyib ki, "lider" kimi danışsın, ancaq alınmayıb. Dolayısı ilə, etiraf edib ki, "Ümid" də daxil olmaqla, digər dağıdıcı müxalifət partiyaları ölkədə terrorun baş verməsində maraqlıdırlar. Sözü də dolayısı ilə belə deyir: "... əgər bizimlə dialoqa getməsəniz terror edəcəyik, ən azından onları dəstəkləyəcək...". Məgər sizin partiya da, AXCP də, Müsavat da, KXCP də, "Nida" da terroru dəstəkləmirmi? Ə.Kərimlinin doğmaca əmisi oğlu İnqilab Kərimov "İŞİD"i ölkəmizə dəvət edib, "xoş gəlirsiniz Azərbaycana" deyəndə, axı sən də susmuşdun. Sən də bunda maraqlı idin və bu gün də maraqlısan. Dövləti və milləti təhdid etmək nəyə gərək? Bu, kişiyə yaraşmaz, kişi ol! Bir deputat mandatına görə özünü tamam açıb buraxmısan. İqbal əkə həm də bu cümlə ilə etiraf edir ki, dağıdıcı müxalifəti terrorçu təşkilatlar dəstəkləyirlər. Buna da şəkk-şübhəmiz yoxdur, bəli, dağıdıcı müxalifəti kimlər dəstəkləmir ki? Qərbin müsəlman dövlətlərinə inqilablar ixrac edən təşkilatları, Ermənistanın bir neçə müxalifət partiyaları, Türkiyəni bölmək istəyən imperialistlər, Azərbaycanın güclənməsinə mane olmağa çalışan ermənipərəst qüvvələr və s. Ancaq bu məkrli qüvvələr, nə də bu qüvvələrin ölkəmizdəki qulbeçəsinə çevrilən dağıdıcı müxalifət heç vaxt pozucu istəklərinə nail ola bilməyəcəklər.

İqbal əkə necə bir mikrob olduğunu çox gözəl bilir, ancaq zir-zibillərinin gec-tez ifşa olunacağını bilir. Mən bu adamı çox gözəl tanıyıram, məsləhət görürəm ki, ətrafına baxsın, nə işlər çevirdiyini dərk eləsin. Vaxtilə qapı-qapı gəzib, "atalıq" umduğun adamlar hələ də yaşayır, ay İqbal! Polis haqq-hesabı zad... Yoxsa abrını tamam itirmisən və sabah sənin haqqında bütün faktlar açıqlansa, yenə də qınına girməyə zadın çatmayacaq!? Başının diametri 4 hektar olan birindən dövləti terrorla təhdid etməkdən başqa da nə danabaşlıq desən, gözləmək olar. 3-5 partiya bir yerə yığışıb özlərini idarə edə bilmirlər, ancaq dialoq tələb edirlər.
Dünən eşitmişəm ki, İsgəndər Həmidov yenə də ətrafına beş-on nəfər adam yığaraq, xırda toplantı keçirib. Yadınzıdadırsa, bu adamın 2005-ci ildə çıxarmadığı hoqqa qalmadı. O vaxt partiyasında ləhcəsinə görə insanları qruplara da bölmüşdü. İndi yeni bir toplantı keçirib, yeni bir təşkilat yaratmaq istəyirlər, adını da "Bakı Ziyalılar Birliyi" qoyurlar. Adil adında bir lətifəbazı da qoyublar ora sədr. Həmin Adil ki, Lalə Şövkətin... Nə isə... Utanmırlar, oynayırlar, burda təəccüblü nə var ki?! "Ziyalılar Forumu" hansı gülə dərman oldu ki, bu da bir zad olsun. Qısası, İ.Həmidovun da başı qaçıb, vallah! Qalıb ortalıqda.

Samir

Digər xəbərlər