Köşə

  • 25 774

Putin, Tramp, Merkel, ZƏHRAYA görə utandınızmı?

image

Serj Sarkisyan yenə göstərdi əsl vəhşiliyini, əsl faşist simasını. Vaxtilə Qarabağda azərbaycanlı dürməyi yeyən, suyumuzdan içən, 1992-ci ilin soyuq fevralında Xocalıda, Hitlerin belə edə bilməyəcəyi şəkildə, azərbaycanlı qadının diri-diri döşünü kəsərək, balasının ağzına tıxayan bu UŞAQ QATİLİ, açıqca qanımıza susamış vampir kimi hərəkət edir. 2 yaşlı ZƏHRANIN qatili olan bu qaniçən şərəfsiz, artıq bizimlə sülh yolu ilə razılığa gələcəyinin mümkün olmadığını ortaya qoydu.

Bu, artıq bir düşmənin bizə olan amansız simasıdır. Yalandan, daha çox da özümüzün-özümüzə təsəlli verən "nə vaxtsa mehriban qonşu olarıq" kimi fikirləri beynimizin hüceyrələrindən çıxarıb, bir kənara atmağın vaxtı çoxdan çatıb. Yüz illərin acı ibrət dərsləri bəs olmadı bizə ki, ermənilərin heç zaman bizimlə, nəinki mehriban qonşu, heç düzəməlli düşmən belə olmayacağına inanaq?
Bunlar yüz illərdir türklərə qarşı əsl faşist kimi ortaya çıxıblar və yeganə məqsədləri bizi öldürüb, soyqırımı törədib, torpaqlarımızı ələ keçirməkdir. Ay, "biz sülh şəraitində bunlarla mehriban yaşayacayıq" kimi əttökən "propaqandanı" tarixin zibilliyinə atmaq lazımdır. Özü də bunu elə 100 il əvvəl gərək edəydik ki, bu gün bizi "tarixin yuxusuna" verib, bu günlərə qoymayaydılar. İt uşağı Sarkisyan törəmələri bizləri yaxşı tanıyır. Bilir ki, biz ki, yuxuya gedəndə, oyanmağımız çox çətin olur həmişə...
Dünya birliyi, ATƏT, BMT, NATO-bunlar yalan-palan şeylərdir. Bunlar, açıq demək laızmdırsa, ancaq və ancaq xristian təmayüllü dövlətlərin müdafiə təşkilatlarıdır, başqa heç nə! Yuxarıdakıların hamısı maraqlıdır ki, Qafqazda türklərə qarşı amansız, insan qanına susamış erməni dövləti mövcud olsun. Necə ki, indinin özündə də hər yerdə onlar Ermənistanın hamisi kimi hərəkət edirlər. Hətta Rusiya ilə düşmənçilik edən Qərb ölkələri belə, rusların "siyası fahişəsi" rolunda çıxış edən bu oyuncaq ölkənin "day-dayı" kimi çıxış edirlər. Heç bir beynəlxalq təşkilatda insan qanı tökən ermənilər barədə bircə mənfi qərarın qəbuluna iczaə verilmir. Nədən? Çünki onlar da avropadakıların dindaşlarıdır!
Bu, olduqca acılı, amma ibrət dərsi çıxarmalı olduğumuz faktdır. Hanı Ermənistana "ata nəvazişi" göstərən Putin, hanı xrisitianların əsl "Məryəm anası" kimi rola girən Merkel, hanı öz biznes maraqlarına görə Yaxın Şərqi bir-birinə vuran Donald Tramp? Qafqazda bir xristianın burnu qanayan kimi, bütün Avropa liderləri "tumanlarını başlarına keçirib" qaçırlar buralara.
2008-ci ildə Rusiya Gürcüstana girən kimi, ABŞ-ın o vaxtkı dövlər katibi Kondoliza Raysdan tutmuş Nikola Sarkoziya qədər hər biri Kremldə V.Putinin əvəzləyicisi olan Dmitri Medvedevin ayaqqabılarına sarılmışdılar.
Elə həmən Rusiya Krıma girib Ukraynanı qanına qəltan edəndə, bu dəfə A.Merkel, Fransua Olland, Polşa və başqa Avropa ölkələrinin rəhbərləri Minskdə V.Putinin ayaqlarına sarılmışdılar. Gözünə döndüyüm Putin də, eləmə tənbəllik, A.Merkelə qəşəng bir söyüş "ərməğan" elə Minskdə. Yəni dediyim odur ki, ölən azərbaycanlı uşağıdır, müsəlman qanıdır. Heç bir Avropa ölkəsi indiyə qədər öldürülən müsəlman uşaqlarına görə, heç diplomatik səviyyədə də olsa, "təəssüf hissi" belə keçirməyib. İnsan hüquqları, demokratiya, filan-feşmakan - hamısı boş və zibil qutusuna atılacaq çeynənmiş terminlərdir. Bizim bircə yolumuz qalıb-içimizdə birlik olub erməniyə heç vaxt unuda bilməyəcəyi ibrət dərsi vermək. Elə dərs ki, nəyin hesabına başa gəlsə də, gələcəkdə hər bir erməninin canına kabus salacaq qədər ağır olsun. Yoxsa yenə zaman-zaman ZƏHRALARIMIZIN qanlı köynəklərinə sarılıb, ağı deməkdən başqa əlimizdən heç nə gəlməyəcək...

Digər xəbərlər