2016-cı ilin aprel ayında cəbhədə aparılan hərbi əməliyyatlar zamanı da bizim bu "almayanaq" Əli Kərimli öz simasını gizlədə bilməmişdi. Bu adam (?) Azərbaycan Ordusunun erməniləri darmadağın etməsini həzm edə bilmirdi, bircə nəfər AXCP üzvü həmin ərəfədə ordumuzun və dövlətimizin şəninə obyektiv bir kəlmə də işlətmədi. Cəbhədə ermənilər qırılırdı, sosial şəbəkələrdə də cəbhəçilər üz-gözlərini cırırdılar. Bu il də belə oldu, başda Kərimli olmaqla, 2 yaşlı Zəhranın ölümünə guya kədərləniblər, sosial şəbəkələrdə yalandan yaylıq bağlamağa nə var ki.

Saatlıdan olan bir Füzuli adlı cəbhəçi Facebookda yazmışdı ki, dinc sakinlərin ölümünün mənə dəxli yoxdur, ölüb-ölüb də. Sual edirəm: AXCP-nin Saatlı rayon təşkilatının üzvü olan bu gədəni niyə partiyadan qovmadınız? Fikirləriniz üst-üstə düşdüyünə görəmi o, hələ də AXCP-dədir!? Yeri gəlmişkən, bu aralar Füzuli adlı cəbhəçilər yaman moda miniblər. Füzuli adlı başqa bir AXCP üzvü Ə.Kərimlinin saxta sənədləri, Fikrət Hüseynlinin vasitəsilə 1 ay öncə 2 uşağını götürüb, Almaniyaya getdi. Bu adamın özünü və ailəsini tanıdığıma görə tam məsuliyyətlə deyirəm: Füzuli qudurğanlıqdan getdi. Nəyi yox idi? İki evi, maşınları, obyekti və sairə. Sadəcə, bu adam Avropada yaşamağın xiffətini çəkirdi, elə bilirdi ki, Qərbdə yel əsib, qoz tökülüb. Bunu nəyə görə yazdım, onu deyim. Bu adamın xalası oğlunu iki gün öncə gördüm, deyir ki, Füzuli artıq peşmandır, buradan gedəndə, satdığı obyektləri geri qaytarmaq, ailəsini də götürüb, geri dönmək istəyir. Ay axmaq, ayda 7-8 min gəlirin var idi, 1 aydan sonra peşman olacaqdınsa, elə gedib turist kimi gəzib gələrdin də. Daha AXCP sədrinin saxta arayışları ilə bu cür düşüklük etmək nəyə lazım idi!?
Qardaş Türkiyənin telekanallarından birinin əməkdaşı insanlar arasında sorğu keçirib və onlara belə bir sual ünvanlayıb: "Qarabağda müharibə başlasa, gedərsənmi?" Bəli, sorğuda iştirak edənlərin, demək olar ki, hamısı erməniləri məhv eləməyə hazır olduğunu bildirib. İndi gəlin sosial şəbəkələrdə "Meydan TV", "Azadlıq" qəzeti, "Ali Karimli" səhifələrinin izləyicilərinin fikrinə baxın. Belə bir sual hər üç səhifədə insanlara ünvanladı, özü də təxribat məqsədilə. İnanın ki, cəbhəçilərin və "Nida"çıların hamısı dedilər ki, getmərik, Qarabağda nə işimiz var!? Başladılar dövlətimizin ünvanına təhqir dolu fikirlər səsləndirməyə. Vallah, bunların damarından türk qanı axmır. Şəxsən mən özüm belələrini qınamıram, çünki bunlar "korlanmış" adamlardılar. Dodağına və burnuna sırğa taxan "kişi" nə bilir milli qeyrət nədir!?

Samir