Vaxtilə ayrı-ayrı şəxslərin telefon zənglərinə cavab verməyən, qəbul günləri olmayan Mirşahini bu halda görmək insanda başqa hisslər oyadır. İndi bütün tədbirlərdə əlində çıraq gəzir ki, məmurlarla söhbət eləsin, təmas qursun... Mirşahinə salam verdiyinə görə, işdən qovulan jurnalistlərin sayı birmi-ikimi!? O vaxt ADP sədri Sərdar Cəlaloğlunun qardaşı Qurban Məmmədovdan 50 dollar pul alan ANS-in balANS-ı çoxdan pozulmuşdu. Buna görə, gözdən pərdə asmaq üçün, işdən qovulanlar da oldu. Nə isə, sözümü başqa şeyə gətirirəm. Eşitdiyimə görə, Mirşahin yaxın dostları ilə məclislərin birində bəyan eləyib ki, əgər ANS açılmasa, "2018-ci il prezident seçkilərində bütün "ANS"-çilər müxalifətin namizədini müdafiə edəcək". Ay Girşahin (üzr istəyirəm, Mirşahin) əvvəla, ilk növbədə, izah elə görək: "ANS"çilər deyəndə, kimi nəzərdə tutursan!? Aydındır ki, keçmiş əməkdaşlarını... Yəqin unutmusan ki, onların hamısı artıq işləyir, özlərinə iş-güc tapıblar. Sağ-solunda Vahidlə Seyfulladan başqa, kim qalıb ki və nəyə görə qalmalıdır!? Digər tərəfdən bu hədə-qorxu, "xox" nəyə lazımdır? Sən müxalifətin, lap elə deyək ki, "Milli Şura"nın namizədini dəstəklədin, nə xeyiri var, dəstəkləmədin nə xeyiri olacaq? Özünü gülüş obyektinə çevirmə. Bura Perimbelin gölləri deyil. Odur ki, bu vaxta qədər qırdığın bütün ümidlərin, yıxdığın evlərin, vurduğun zərbələrin, oynadığın riyakar oyunların altını çəkirsən. Bütün zərbələr bumeranqdır. Sənin əqidənin elastikliyini sübut etmək üçün dağa-daşa çıxmaq lazım deyil: 2005-ci ildə söydüyün İsa Qəmbərə 2008-ci ildə aparıb evində hədiyyə verdin. Bu, həmin İ.Qəmbər idi ki, 2003-cü ilin sentyabr ayında sənə yüksək post vəd etmişdi. Gecə-gündüz İ.Qəmbərin Ayna Sultanovadakı evinin qabağında yatırdın. Cəmi 3 ay sonra İ.Qəmbərin müsahibəsini vermək üçün 1000 dollar pul istədin. Bu da heç. 2013-cü ildə söydüyün Cəmil Həsənlinin kitabını indi gedib evindən alırsan, "20 Yanvar" ərazisində adını çəkmək istəmədiyim bir restoranda bütün günü C.Həsənlinin faydasız mühazirələrini dinləmək məcburiyyətində qalmısan. Dünən söydüyün, heç öz ailəsinə bir damcı xeyiri olmayan adamlaramı pənah aparmısan!? Yol sənindir, özün bilərsən, ancaq ən yaxşısı "istipress"də işini davam elətdir. Mənə heç kim yox e, ANS-in qapısında bağladıqları, dilində "əcəb eləmişik" sözü bitən, dəqiqəbaşı Azərbaycan dilini təhqir edən, dövlətimizin Ermənistandan guya zəif olduğunu dəfələrlə, özü də arsızcasına bəyan eləyən Mayis Məmmədov nə iş görür!? Nə isə...

Gülməli bir vəziyyət yaranab, Pənah Hüseyn deyir ki. AXP namizədini müəyyənləşdirmək üçün prosedurlar həyata keçirir. Cümlənin quruluşuna baxın da. AXP-də cəmi 3 nəfər adam var, Pənah da sədrdir. İndi 3 nəfər arasında hansı prosedurlar həyata keçirilir, bilmirəm. Məsələn, Əli Əliyevin partiyasının cəmi 34 üzvü var, bəri başdan da bütün seçkilərdə öz nmizədliyini dəstəkləyir. Rafiq Turabxanoğlunun adını eşitmiş olarsınız. O deyir ki, əgər Ə.Kərimli, İ.Qəmbər və bu kimi digər rus "KQB"-sinin agentləri birləşə bilsələr, evimi satışa çıxarıb satacam, pulunu da bayıra səpəcəm, özüm parkda yatacam. Bu da həmin R.Turabxanoğludur ki, 1992-ci ildə Elçibəyə sillə atmışdı ki, prezident özüm olacam. Dilim lal olsun, İlahi! Əvvəllər bir yerdə həbsdə yatıblar, indi Elçibəylə "sadiq"liyindən dəm vurur.