Köşə

  • 12 610

Boykot olunmuşların “boykot” qərarı

image

Yəqin uşaqkən hər kəs məşhur Ovçu Pirimin sərgüzəştlərini oxuyub. Zavallı hər dəfə ova çıxanda, uğursuzluqla qarşılaşar və evə əliboş dönərmiş. Sərgüzəştlərin birində isə, başqa ovçunun verdiyi ayağı bağlı dovşanı istəyir güllə ilə vursun ki, evdə onun bu heyvanı özünün ovladığına inansınlar. Uğursuz ovçunun bu dəfə də bəxti gətirmir. Güllə gedib dovşanın ayaqlarına bağlanmış ipi kəsir və bu hazır ov payı da əlindən çıxır...

İndi bizim millisizlik sindromuna çevrilmiş, “Milli Şura” adlandırılan qondarma qurumun yarandığı zamandan indiyə kimi olan fəaliyyətini göz önünə gətirəndə, istər-istəməz, Ovçu Pirimin sərgüzəştlərini xatırlamalı olursan. Bir az qayıdaq keçmişə ki, bilməyənlərin də xəbəri olsun onların “fəaliyyətlər”indən. 2013-cü ildə, Azərbaycanda növbəti prezident seçkiləri ərəfəsində birdən-birə Risiyadan hay-küylü bir xəbər daxil oldu gündəmə. Xəbər də ondan ibarət oldu ki, Rusiyada yaşayan Azərbaycan əsilli oliqarxlar yığışıblar bir yerə, qərarfason bir şey də qəbul eliyiblər ki, Azərbaycanda demokratik qüvvələri bir yerə toplayıb, seçkilərdə onların qələbəsinə dəstək versinlər. Bu oliqarxların başında da kim dururdu, kim dayanırdı? Əlbəttə, Rüstəm İbrahimbəyov deyilən zatsız bir zad... Elə o zaman bütün millətsevərlər anladılar ki, söhbət demokratiyalıq-filanlıq deyil. Söhbət bütün həyatını millətini aşağılamaqla yaşayan, qoca vaxtında Bakıda böyük-böyük mülkləri əlinə keçirmək istəyən, lakin Azərbaycan vətəndaşı olmadığına görə baş barmaqla şəhadət və orta barmaqların birləşməsindən yaranan işarə ilə qarşılaşdıqdan sonra indiki iqtidara qənim kəsilən birinin hikkəsinə millətin və dövlətin mənafelərinin satılmasından gedir. Məsələ, ümumiyyətlə, Azərbaycanda birmənalı pislənsə də, yenə beş-on nəfər özlərini siyasətçi hesab edən tör-töküntü tapıldı ki, yığışıb oliqarxların pullarını həzmi-rabedən keçirsinlər. Bəli, ölkə üçün, millət üçün nəsə eləməkdən söhbət belə gedə bilməzdi. Məhz siyasət dəllalları üçün göydən bir zənbil düşmüşdü, onlar da dəli deyildilər ki, bu zənbili geri qaytarsınlar. Beləcə, həmin siyasət dəllalları bir yerə yığışıb, bir qurum yaratdılar. Adını da qoydular “Milli Şura”! Kasıb itinin adını “qızıl”, ya da “gümüş” qoyur ki, bəlkə bu ada var-dövlət gəldi. Onlar da Azərbaycanın tarixində böyük xidmətləri olmuş bir qurumun adını verməklə, düşündülər ki, bu adın kölgəsində millətdən istədiklərini qoparacaqlar. Əslində, bu faktın özü tariximizə xəyanət faktıdır və mənəvi məsuləyyət yaradır. Nə isə, sözüm onda deyil. Elə ki, həmin il keçirilən seçkidə yekə bir zərbə alıb, qaldılar güncdə, başladı bu qurumda yarpaqlar tökülməyə. Keçəlləşmiş barsız söyüd ağacı kimi, kölgəsi də qalmadı ki, kimsə gündən gizlənmək üçün altına girsin. Sonra C.Həsənli deyilən keçmiş elm adamı, baxıb gördü ki, burda yaxşı pul var, düşündü ki, bu yaşında gedib hardan pul qazanacaq, hazır yemdi də, əlindən buraxmayıb xımır-xımır yesin. Yedi də və hələ yeyir də. Amma ha yeyir, doymaq bilmir ki, bilmir. Yaranışından bu günə kimi nə demokratiyaya, nə də ümumən, cəmiyyətə zərrə qədər xeyri olmayan bu qurum, hər dəfə seçkilər gələndə, özünü atır ortalığa, bir az çığırır, bir az bağırır, elə ki, bu çığırtı-bağırtıdan heç nə əldə eliyə bilmir, başlayır günahkar axtarmağa. Günahkar da kim ola, indiki iqtidar (?!). Sən demə, bu iqtidar öz əli ilə iqtidarlığını əlindən buraxıb, cəmillərə deməliymiş ki, gəlin, iqtidar siz olun. Bu dəfə də olmayan qurum gülünc bir qərarla özünü atıb ortaya:boykot! Burda sual verilə bilər ki, nəynən, Cəmiş? Sən az qala on ildi ki, boykot olmuş durumdasan, boykot olmuş bir qurumun güclü iqtidara qarşı boykot etmək düşüncəsinə gəlməsi, gülünc deyilmi?
Nağılımızın sonunu da deyim, bu günlük bitirək. Pay verilmiş dovşanı da əlində saxlaya bilməyən Ovçu Pirim evə gəlir. Yenə əliboş olduğunu görən evdəkilər ağız büzəndə, Ovçu Pirim deyir: «Mən yazıq nə bilim ki, güllə gedib ayağındakı kəndirə dəyəcək?..»

Təhmasib Novruzov

Digər xəbərlər