Mədəniyyət

  • 1 842

Təltif olunmuş mədəniyyət və incəsənət xadimlərinin mükafatlandırılması mərasimi keçirilib

image

Dünən Muzey Mərkəzində Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təltif edilmiş mədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdim olunması mərasimi keçirilib.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət və incəsənət sahələrində xidmətləri olan şəxslərə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, vaxtilə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir.

Mədəniyyətimizin dünyada tanıdılması və təbliği istiqamətində görülən işlərdən söz açan nazir Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu sahədə xidmətlərini xüsusi qeyd edib. Bildirilib ki, Prezident İlham Əliyev mütəmadi olaraq, müxtəlif sahələrdə çalışan insanların əməyini yüksək qiymətləndirərək, onları mükafatlandırır. Ölkə həyatının digər sahələri ilə müqayisədə mədəniyyət sahəsində təltif edilənlərin sayı daha da çoxdur. Bu da özlüyündə mədəniyyət aləminin zənginliyini, bu sahədə əldə olunan nailiyyətləri əks etdirir. Ölkəmiz dünya səviyyəsində daha geniş tanınır. Kino, teatr və musiqi sahəsində çalışan insanlar böyük sevgi ilə mədəniyyətimizi və incəsənətimizi təbliğ edirlər. Mədəniyyət xadimləri ölkə rəhbərliyinin apardığı siyasəti hər zaman dəstəkləyərək, Azərbaycan naminə görülən işlərə öz yaradıcı töhfələrini verirlər. Biz bu sahədə çalışan insanlardan daha böyük uğurlar, mədəniyyətimizin inkişafı və tanıdılmasına xidmət edən yeni layihələr və nailiyyətlər gözləyirik.

Sonra Ə.Qarayev ölkə başçısının 2016-cı ildə imzaladığı müvafiq sərəncamlarla fəxri adlara layiq görülmüş şəxslərə medal və vəsiqələri təqdim edib. Təltif olunanlardan Səkinə İsmayılova, Ağaverdi Paşayev, Müşfiq Hətəmov və digərləri çıxış edərək, fəaliyyətlərinə verilən yüksək qiymətə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər. Nazir mükafatlandırılan mədəniyyət və incəsənət xadimlərini təbrik edərək, onlara gələcək işlərində, ölkəmizin, mədəniyyətimizin tərəqqisi və təbliğində yeni uğurlar arzulayıb.

ZÜMRÜD

Digər xəbərlər