Mədəniyyət

  • 9 356

Mədəniyyət və turizm naziri Türkiyənin yeni təyin olunmuş səfiri ilə görüşüb

image

Dünən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkiyə Cümhuriyyətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb.

Görüşdə Əbülfəs Qarayev iki qardaş ölkə arasındakı münasibətlərdən danışaraq bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. Ölkəmizdə mədəniyyət və turizm sahələrində həyata keçirilən işlər haqqında məlumat verərək, bu sahədə böyük uğurlar əldə olunduğunu bildirib. Son illər Azərbaycanda bir sıra beynəlxalq tədbirlərin keçirildiyini qeyd edən nazir ölkəmizin bu ilin aprelində BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Toplantısına da uğurla ev sahibliyi etdiyini deyib: "İndi Azərbaycan dünyada multikulturalizmin, mədəniyyətlərarası dialoqun gücləndirilməsinə öz töhfəsini verməkdədir.

Nazir bu ilin fevralından Türkiyədə ölkəmizin Turizm Nümayəndəliyinin fəaliyyətə başladığını bildirərək, bu istiqamətdə fəal iş aparıldığını diqqətə çatdırıb. Qeyd olunub ki, nümayəndəlik ölkəmizin turizm imkanlarının təbliği baxımından səmərəli əməkdaşlıq əlaqələri yaratmış və bu səylər davam etdirilir.

Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə toxunan nazir Türkiyənin Azərbaycana bu sahədə göstərdiyi dəstəyə görə öz minnətdarlığını bildirib.

Ə.Qarayev sonda bir daha E.Özoralı ölkəmizdə səfir təyin olunması münasibəti ilə təbrik edərək, gələcək işlərində uğurlar arzulayıb.

Səfir E.Özoral səmimi qəbula görə Ə.Qarayevə öz minnətdarlığını bildirib. Qardaş ölkəyə səfir təyin olunmasının onun üçün şərəfli olmaqla yanaşı, həm də böyük məsuliyyət olduğunu bildirib. Səfir iki ölkə arasında bütün sahələrdə əlaqələrin daha da inkişaf etməsi üçün səylə çalışacağını vurğulayıb.

ZÜMRÜD

Digər xəbərlər