Mədəniyyət

  • 3 757

Musiqi Festivalı çərçivəsində növbəti konsert

image

Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində dahi bəstəkarın adını daşıyan Bakı Musiqi Akademiyasında Rusiyanın məşhur fortepiano triosu konsert proqramı ilə çıxış edib. SİA-nın məlumatına görə, müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən konsertdə musiqiçilər F.Şopen, F. Kreysler, J. Massne, S.Raxmaninov, A. Pyazolla və digər görkəmli bəstəkarların əsərlərini yüksək ustalıqla ifa ediblər.Konsert alqışlarla qarşılanıb.Xatırladaq ki, sentyabrın 26-dək Bakıda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Heydər Əliyev Fondunun dəstəyi ilə Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı keçirilir.

sia.az

Digər xəbərlər