Mədəniyyət

  • 3 907

Rostropoviçlərin ev-muzeyində kamera musiqisi konserti olub

image

Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində kamera musiqisi konserti olub. SİA-nın məlumatına görə, konsertdə Əməkdar Artist, violonçelçalan Aleksey Miltıx və beynəlxalq müsabiqələr laureatı, pianoçu Səidə Tağızadə çıxış ediblər.Onlar Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini, o cümlədən S.Raxmaninovun “Violonçel üçün sonata”, Ə.Bədəlbəylinin “Rəqs”, O.Zülfüqarovun “Muğamsayağı və rəqs”, F.Bədəlbəylinin “Şuşa” və s. əsərlərini ifa ediblər.Sonra qonaqlar Azərbaycan bəstəkarlarının not yazıları sərgisi ilə tanış olublar.Tədbirdə mədəniyyət və incəsənət xadimləri, musiqi ocaqlarının müəllim və tələbələri, KİV nümayəndələri iştirak ediblər.

sia.az

Digər xəbərlər