Mədəniyyət

  • 6 242

Maestro Niyazinin xatirəsinə həsr olunmuş konsert keçirilib

image

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət kanalının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə görkəmli dirijor, musiqi ictimai xadim, maestro Niyazinin xatirəsinə həsr olunmuş “Həyat musiqidir” adlı konsert proqramı baş tutub. Trend-in məlumatına görə, konsertdə Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfonik Orkestrinin müşayiətilə əməkdar artist Gülnaz İsmayılovanın ifasında həm Qərbi Avropa, həm də Azərbaycan bəstəkarlarının əsərləri səslənib.Gecədə Azərbaycan musiqi ictimaiyyətinin görkəmli nümayəndələri də - Ü.Hacəbəyli adına Bakı Musiqi Akademiyasının ektoru Fərhad Bədəlbəyli, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, əməkdar incəsənət xadimi Telman Hacıyev, xalq artisti Yusif Axundzadə və başqaları iştirak edib.

sia.az

Digər xəbərlər