Mədəniyyət

  • 6 753

Bəstəkar-pianoçu Pikə Axundovanın müəllif konserti keçirilib

image

Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Televiziyası Mədəniyyət Kanalının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bəstəkar-pianoçu Pikə Axundovanın müəllif konserti keçirilib. Trend-in məlumatına görə, konsertdə əməkdar artistlər Aygün Bəylər, Lalə Məmmədova, Zaur Əmiraslanov, müğənnilər, Zabitə Alıyeva Səbinə Ərəbli, Orxan Cəlilov, Vüsal Hacıyev və başqaları bəstəkarın mahnılarını ifa ediblər.İfaçıları Fərhad Qarayusiflinin dirijorluğu ilə Azərbaycan Televiziyası və Radiosunun Tofiq Əhmədov adına Estrada-Simfonik Orkestri müşayiət edib.Çıxış edənlər Pikə Axundovanın yaradıcılığı haqqında fikirlərini tamaşaçılarla bölüşüblər. Konsertdə həmçinin əməkdar artist Natiq Şirinovun rəhbərliyi ilə “Natiq” ritm qrupu və Şəhriyar İmanov da çıxış edib.

sia.az

Digər xəbərlər