Mədəniyyət

  • 6 183

ADGTT- həftəsonu 6 tamaşa nümayiş etdirəcək

image

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı həftə sonu öz tamaşaçıları və şəhərimizin qonaqları üçün maraqlı repertuar tərtib edib. SİA-nın məlumatına görə, kollektiv oktyabrın 13-də saat 1500-da ölməz M.F.Axundzadənin “Hekayəti-Xırs quldurbasan” komediyasını, axşam saat 1900-da teatrın kiçik səhnəsində istedadlı yazıçı-dramaturq T.Vəliyevanın “Cəza” adlı təkadamlıq psixoloji oyun dramını nümayiş etdirəcək.Daha sonrakı günlərdə, oktyabrın 14-də saat 1900-da K.Qaldoninin “Mehmanxana sahibəsi”, oktyabrın 15-də saat 1900-da isə U.Şekspirin “III Riçard” tamaşaları təqdim ediləcək.Hər zaman olduğu kimi teatr kiçik yaşlı tamaşaçıları da sevindirməkdə davam edir. 14-15 oktyabr tarixlərində gündüz saat 1400-da balacalar “Ələddinin sehrli çırağı” və A.Lindqrinin “Uzuncorab Pippi” tamaşalarını seyr edəcəklər.Tamaşalarda teatrın istedadlı aktyorları, Əməkdar Artistlər Kəmalə Hüseynova, Nəsibə Eldarova, Leyli Vəliyeva, Vahid Əliyev, Elşən Rüstəmov, Şövqi Hüseynov, Nofəl Vəliyev, Gülər Nəbiyeva, Nicat Kazımov, aktyorlar Küşvər Şərifova, Şəfəq Əliyeva, Günel Məmmədova, Təhminə Məmmədova, Zümrüd Quliyeva, İlqarə Tosova, Xalidə Əliməmmədova, Anar Seyfullayev, Müşfiq Əliyev, Eyvaz İbrahimov, Elşən Çarhanlı, Elnur Kərimov, Elşən Hacıbabayev və b. ifa edəcəklər.Gündüz tamaşaları 5 AZN, axşam isə 8 AZN olmaqla biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından (tiket.az-a daxil olmaqla onlayn vasitəsi ilə də sifariş edə bilərsiziniz) və Asan Xidmət filiallarından əldə etmək mümkündür.

sia.az

Digər xəbərlər