Mədəniyyət

  • 6 226

Tbilisidə “Böyük İslam Filosofları” kitabının təqdimatı olub

image

Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində “Böyük İslam Filosofları” kitabının təqdimatı olub. AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən elmi nəşrin müəllifi Atif Abbasov kitabın məqsədi, obyekti, predmeti, əhəmiyyəti, apardığı elmi araşdırmalar barədə məlumat verib.Muzeyin direktoru Leyla Əliyeva bildirib ki, son zamanlar azərbaycanlı alim və jurnalistlərin kitablarının gürcü ictimaiyyətinə təqdim olunması ənənə halını alıb. Bu kitablar Azərbaycan tarixinin, mədəniyyətinin və incəsənətinin təbliğində mühüm rol oynayır.İ. Cavaxişvili adına Tbilisi Dövlət Universitetindəki “Azərbaycanın dostları klubu”nun koordinatoru Leyla Əmrahova isə qeyd edib ki, bu kitab İslama qarşı çıxanlara, İslamı terrorçu, düşmən dini adlandıranlara ən tutarlı cavab olacaq.Kitabın redaktoru, “Qarapapaqlar” jurnalının təsisçisi Akif Xansultanlı bildirib ki, bu kitab İslam mədəniyyətinin yetişdirdiyi, fəlsəfə və elm sahələrinə aid yüzlərlə əsərin müəllifləri - böyük İslam filosofları haqqındadır. Kitabda oxuculara həmin filosofların ömür yolu və yaradıcılığı haqqında önəmli məlumatlar verilir. Nəşr “İslam fəlsəfə məktəbləri”, “Orta əsrlərdə böyük İslam filosofları”, “Orta əsrlərin sonu, yeni dövrün başlanğıcında İslam fəlsəfi mühitinin təsviri”, “Yeni və müasir tarixi dövrdə İslam fəlsəfəsinin cizgiləri” adlı dörd fəsildən ibarətdir.Sonra çıxış edənlər kitabın əhəmiyyətindən danışıb, onun İslamı öyrənmək istəyənlər üçün dəyərli elmi mənbə olduğunu vurğulayıblar. Bildirilib ki, bu kitab İslamı gözdən salmaq istəyənlərə tutarlı cavab, onun haqqında daha geniş məlumat əldə etmək istəyənlər üçün isə sanballı elmi mənbədir.

sia.az

Digər xəbərlər