Mədəniyyət

  • 5 204

Bu gün xalq artistinin doğum günüdür

image

Bu gün müasir Azərbaycan rəqs sənətinin görkəmli nümayəndəsi, baletmeyster, Xalq Artisti Xumar Zülfüqarovanın anadan olmasının 90-cı ildönümü tamam olur. SİA-nın məlumatına görə, milli rəqs adət-ənənələrinin qorunması və təbliği, gənclərə milli rəqsin professional öyrənilməsi hissinin aşılanmasında Xumar Zülfüqarovanın böyük xidmətləri olub.Xumar Zülfüqarova 1927-ci il noyabrın 15-də Bakı şəhərində görkəmli teatr və kino aktyoru Rza Əfqanlının ailəsində dünyaya göz açıb. O, 1945-ci ildə Bakı Xoreoqrafiya məktəbini bitirib. 1945-1966-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, 1966-1978-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs ansamblının solisti və bədii rəhbəri, Dövlət Rəqs Ansamblının yaradıcılarından biri, 1978-1988-ci illərdə Azərbaycan Dövlət qastrol və konsert üzrə birliyinin ilk baş baletmeysteri olub. Üzeyir Hacıbəylinin “Koroğlu” operası əsasında rəqs qurub, Qara Qarayevin “Yeddi gözəl” baletində çıxış edib, kinofilmlərdə rol alıb. “Şah İsmayıl”, “Aşıq Qərib”, “Əsli və Kərəm”, “Leyli və Məcnun” operalarında çıxış edib. Rusiya, İraq, ABŞ və Kanadanın müxtəlif şəhərlərində qastrol səfərlərində olub, Azərbaycan peşəkar rəqs sənət nümunələrini nümayiş və təbliğ edib.O, öz sənətində Azərbaycan milli ruhunu yaşatmaqla yanaşı, gənclərin də bu sahədə yetişməsinə böyük əmək sərf edib. 1950-ci ildə Bakı Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyətə başlayan Xumar Zülfüqarova 60 il ərzində bir neçə nəsil rəqqas və xoreoqraf yetişdirib. Bu gün Azərbaycan səhnəsinin parlaq ulduzlarının bir çoxu, Azərbaycanın xalq və əməkdar artistləri məhz Xumar Zülfüqarovanın yetirmələridir.Xumar Zülfüqarovanın xoreoqrafiya və rəqs sənəti sahəsindəki fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Prezident İlham Əliyevin 2009-cu il dekabrın 14-də imzaladığı Sərəncamla “Şöhrət” ordeninə layiq görülüb.Xumar Zülfüqarova 2017-ci il iyulun 3-də vəfat edib.

sia.az

Digər xəbərlər