İstanbulda TÜRKSOY-un baş katibinin yubileyinə həsr edilən konsert olub

İstanbulun Maltəpə Universitetində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi, professor Düsen Kaseinovun 70 illik yubileyi münasibətilə konsert olub.SİA-nın məlumatına görə, Qazaxıstanın Karaqanda Simfonik Orkestri Azərbaycan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan, Rusiya Federasiyasının Başqırdıstan və Tatarıstan respublikalarından və Sankt-Peterburq şəhərindən qatılan musiqiçilərlə birgə geniş konsert proqramı təqdim edib. “Dostlarım zənginliyimdir” adlı proqram əsasında keçirilən konsertdə yubilyar bir neçə ifa ilə orkestri skripkada müşayiət edib.D.Kaseinovun 70 illik yubileyi münasibətilə Türkiyənin Bolu və Bursa şəhərlərində də konsertlər təşkil ediləcək. Yubiley mərasimi isə Ankara şəhərində keçiriləcək.

sia.az