Mədəniyyət

  • 5 502

“Min möhtəşəm günəş” ikihissəli dram nümayiş olunub

image

İrəvan Dövlət Azərbaycan Dram Teatrının təqdimatında əfqan yazıçısı Xalid Hüseyninin məşhur romanı əsasında səhnələşdirilən “Min möhtəşəm günəş” ikihissəli dram nümayiş olunub. SİA-nın məlumatına görə, Səməd Vurğun adına Rus Dram Teatrının səhnəsində göstərilən tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyev, quruluşçu rəssamı Məhsəti Eldarova, bəstəkarı Əməkdar İncəsənət Xadimi Cavanşir Quliyevdir.Səhnə əsərində rollarda Əməkdar Artist Vaqif Kərimov, aktyorlar Nigar Həsənzadə, Səmayə Nəbiyeva, Şəbnəm Cəbrayılova, Rəşid Səməndər, Əmrulla Nurullayev və başqaları çıxış ediblər.Qeyd edək ki, əsərin mövzusu Əfqanıstanda qadın hüquqsuzluğundan bəhs olunur: bir kişinin iki arvadı. Onlar bir-birinə rəqib deyil, düşməndir. Hər ikisi ərinə nifrət edir, amma bir dam altında yaşamaq onlara çox şey öyrədir. Hər tərəf müharibə, ölüm, dağıntı, qaçmağa bir yerin olmayanda bir çox şeyləri anlamaq olur.Məryəm qeyri-rəsmi nikahdan doğulan, kasıb daxmada böyümüş, sonradan özündən 30 yaş böyük olan çəkməçiyə məcburən ərə verilmiş, ailə xoşbəxtliyindən, dünyaya uşaq gətirmək sevincindən məhrumdur. Leyla nəcib, savadlı ailədən, uşaqlıqdan sevgi və nəvazişlə böyüyən, özü də sevən və seviləndir. Ölkəni bürüyən müharibə alovu yaşadıqları şəhəri gözləri önündə tədricən dağıdır, aclıq, səfalət hər yeri bürüyür. Amma iki qadın yenə də xoşbəxtliyə can atır və ümidlərini itirmir.

sia.az

Digər xəbərlər