Mədəniyyət

  • 3 809

Abu-Dabidə keçirilən festivalda Azərbaycan pavilyonu təşkil olunub

image

Abu-Dabidə hər il keçirilən, Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, xalqın mənəvi atası Şeyx Zayedin xatirəsinə həsr olunan beynəlxalq festivalda ilk dəfə Azərbaycan pavilyonu təşkil edilib.SİA-nın məlumatına görə, dekabrın 1-də başlayan, gələn il yanvarın 25-dək davam edəcək festivalda Azərbaycan pavilyonunun qurulması təşəbbüsü ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyi tərəfindən irəli sürülüb. Tədbirin təşkilatçısı, ölkə Prezidentinin adını daşıyan və millətin anası, birinci xanım Şeyxa Fatimənin himayədarlığı altında fəaliyyət göstərən Xəlifə Fondu ilə təmas quran səfirlik festivalda Azərbaycan üçün yeni yerin ayrılması barədə razılıq əldə edib, İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun dəstəyi ilə ölkəmizin şirkətləri üçün iştirak imkanı yaradıb.Ötən il ziyarətçiləri iki milyon nəfəri ötən festivalda 20-dən çox ölkə özlərinin müxtəlif məhsullarının və xidmətlərinin satışını həyata keçirir.Festivalın ilk günündə səfir Daşqın Şikarov, o cümlədən səfirliyin əməkdaşları Azərbaycan pavilyonunu ziyarət edib, təşkilatı məsələlərin vəziyyəti ilə maraqlanıblar.Şirkətlər arasında BƏƏ bazarında fəaliyyətini yeni qurmuş və genişləndirən “Gazelli” kosmetik məhsullar və “Zakher” turizm xidmətləri şirkətlərinin nümayəndələri festivalın məhsul və xidmətlərin daha yaxından tanıdılması üçün yaxşı platforma olduğunu bildiriblər. Pavilyonda Azərbaycanda istehsal olunan qida və içki məhsulları, turizm xidmətləri, suvenirlər və digər məhsullar sərgilənir.Dekabrın 3-də BƏƏ-nin Vəliəhdi Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan festivalı ziyarət edib, ölkələrin pavilyonlari ilə tanış olub. Şeyx Məhəmmədin iştirakı ilə keçirilmiş xüsusi tədbir proqramında Azərbaycan səfiri də iştirak edib.Festivalın mədəni hissəsində Azərbaycandan musiqiçilərin çıxışlarının da təşkil edilməsi barədə razılıq əldə edilib.Tədbir boyunca Azərbaycan pavilyonunun daha da zənginləşdirilməsi nəzərdə tutulur.

sia.az

Digər xəbərlər