Mədəniyyət

  • 4 020

“Qalereya 1969”da “İRS. İslam həmrəyliyi incəsənətdə” adlı sərgi açılacaq

image

Dekabrın 7-dən 12-dək Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Qalereya 1969”da “İRS. İslam həmrəyliyi incəsənətdə” adlı sərgi açılacaq. SİA-nın məlumatına görə, sərgi ölkəmizdə elan olunmuş “İslam həmrəyliyi İli” çərçivəsində təşkil ediləcək.“Ölkəmiz uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən olub. Bu, Azərbaycan mədəniyyəti və incəsənətində də dərin izlər qoyub. İslam mədəniyyətinin qiymətli abidələrindən Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri və Gəncə şəhərindəki “İmamzadə” kompleksi dini memarlığın nümunələri olduğu kimi, Azərbaycan rəssamlarının XX əsrdə yaratdıqları nadir sənət inciləri də İslam mədəniyyətini özündə əks etdirən dünyəvi incəsənətin bariz örnəkləridir. Sovet İttifaqı dövründə və Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonrakı illərdə yaradılan, İslam dini təsəvvürlərini və mədəniyyətini əks etdirən təsviri sənət nümunələri Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda xüsusi kolleksiya təşkil edir”, - deyə təşkilatçılar bildirir.Sərgi bu incəsənət əsərlərinin geniş tamaşaçı auditoriyasına təqdim olunması, Azərbaycan rəssamlarının yaradıcılığının təbliği məqsədilə keçirilir.

sia.az

Digər xəbərlər