Mədəniyyət

  • 3 488

Azərbaycan teatrı Rusiya mətbuatında

image

Xəbər verdiyimiz kimi, ADGTT-nın aktyoru, Əməkdar artist Şövqi Hüseynov 2017-ci il oktyabr ayının 25-dən 28-dək Rusiyanın Nijnevartovsk şəhərində keçirilən “Şimal görüşləri” V Beynəlxalq Teatr festivalında uğurla çıxış edərək “Nadir aktyor oyunu” nominasiyasında diploma layiq görülüb.SİA-nın məlumatına görə, festivalda ölkəmizi Patrik Züskindin “Kontrabas” monotamaşası ilə təmsil edən aktyorunuzn oyunu haqqında Rusiya mətbuatında bir neçə məqalə dərc edilib.“Peterburq teatr jurnalı” nda Vladislav Kuprinin “ Hədsiz peşəkarlıq bayramı” adlı məqaləsində aktyorun nitqi, səhnə plastikası, artistizmi, mətnlə işləmək bacarığı yüksək qiymətləndirlib. Şövqi Hüseynovun öz yaratdığı obrazın öhdəsindən məharətlə gəldiyi, oyunu ilə tamaşaçı qəlbinə yol tapdığı xüsusi vurğulanır. Diqqətə çatdırılır ki, tamaşada hər bir yaradıcı insanın keçdiyi əzablı yolu aktyor səhnədən adi insanlara səmimi hisslərlər ötürə bilir. Məqalədə tamaşanın özəllikləri haqqında da fikirlər səslənir. Vurğulanır ki, aktyorun monotamaşadakı dialoqu heyrətedici və parlaq çıxış kimi yadda qaldı. O, möhtəşəm enerjisi ilə zalı ələ ala bildi. Tamaşanın düşündürücü, müasir dövrün tələbləri ilə səslənməsi və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bu mövzuda əsərlərə müraciət etməsi yüksək dəyərləndirilib.Məqalələrlə daha ətraflı aşağıdakı linkdə tanış ola bilərsiniz : http://ptj.spb.ru/blog/ochen-professionalnyj-prazdnik/

sia.az

Digər xəbərlər