Mədəniyyət

  • 9 463

20 Yanvar faciəsi ilə əlaqədar film nümayişlərinə start veriləcək

image

20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar yanvarın 15-dən 19-dək Milli Qəhrəmanlara həsr olunmuş sənədli filmlər nümayiş olunacaq.SİA-nın məlumatına görə, filmlərin nümayişi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin birgə təşkilatçılığı ilə İdarənin tabeliyində olan mədəniyyət müəssisələrində baş tutacaq.Milli Qəhrəmanlar – Elman Hüseynov, Salatın Əsgərova, Oqtay Güləliyev, Pəhləvan Fərzəliyev, Nadir Əliyev, Yusif Əliyev, Eldar Məcidov, Fəxrəddin Musayev, Etibar İsmayılov, Allahverdi Bağırov, Ənvər Fərəcov, Mübariz İbrahimov, Muxtar Qasımov, Əliyar Əliyev, Elman Hüseynov, Ramiz Qəmbərov, Cavanşir Rəhimov, Yavər Əliyev və Aqil Quliyevə həsr olunmuş “Vətən əsgəri”, “23 dəqiqə”, “Laçın qatarı”, “Şərəfli ömrün manifesti”, “Azadlığa gedən yol”, “Vətən sevgisi”, “Vətənə bağışlanan ömür”, “Ürəklərdə yaşayan qəhrəman”, “Qartaltək Vətənin keşiyində”, “Vətənə etibarlı oğul”, “Qartal qamətli qəhrəman”, “Vətənə dönənim”, “Mübarizlik zirvəsi” “Pəhləvan komandir”, “İlk komandir”, “Şuşalı şəhid”, “Cavanşir”, “Sonuncu uçuş” və “Vətən sağ olsun” filmləridir.Qeyd edək ki, gənc nəslin milli təfəkkürünün formalaşmasında, vətənpərvər ruhda tərbiyəsində və tariximizi öyrənməsində mühüm rol oynayan bu filmlərin nümayişi Bakı şəhərinin müxtəlif mədəniyyət ocaqlarında yanvarın 19-dək davam edəcək.

sia.az

Digər xəbərlər