Mədəniyyət

  • 5 052

Binəqədidə Rumıniya Mədəniyyəti Günü ilə bağlı tədbir keçirilib

image

Binəqədi rayonu ərazisində yerləşən dahi rumın bəstəkarı Corc Enesku adına Parkda Rumıniyanın Mədəniyyəti Günü ilə bağlı tədbir keçirilib. Mədəniyyət günü Rumıniyanın xalq şairi Mihai Emineskunun dünyaya gəlməsi ilə eyni gündə keçirilir. Bu tarixin Rumıniyanın Mədəniyyət Günü kimi seçilməsində xüsusi önəm var. Belə ki, Mihai Eminesku müasir rumın dilinin inkişafına verdiyi önəmli töhfələrə görə, Rumıniya mədəniyyətinin "dan ulduzu" adlandırılaraq, əsas simvol hesab olunur.
Tədbirdə Binəqədi rayon icra hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Rumıniya dövlətinin ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Dan İanku, Moldova dövlətinin ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri George Leuke, Binəqədi rayon icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, rayon bələdiyyəsinin əməkdaşları və səfirliyin nümayəndələri iştirak edib.
Tədbirdə öncə, Rumıniya və Azərbaycan Respublikalarının Dövlət himnləri səsləndirilib. Sonra tədbir iştirakçıları tanınmış rumın bəstəkar Corc Enescunun Bakının Binəqədi rayonunda yerləşən abidəsi qarşısına əklil və çiçəklər qoyublar.
Tədbiri açıq elan edən Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku çıxışında tədbir iştirakçılarına tədbirin mahiyyətini izah edərək, iki ölkə arasında olan dostluq münasibətlərindən danışdı. O bildirib ki, Azərbaycanda Rumıniya Mədəniyyəti Gününün keçirilməsi iki dövlət arasında humanitar əlaqələrin inkişafı üçün böyük əhəmiyyətə malikdir. Səfir, o cümlədən, yüksək səviyyəli təşkilatçılığa görə Binəqədi rayon icra hakimiyyətinə öz təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən Binəqədi rayon icra hakimiyyəti başçısının müavini Aygün Əliyeva, iki ölkə arasında olan dostluq münasibətlərindən danışaraq, bu formada olan mədəni tədbirlərin vacibliyini, ölkələrimizin müxtəlif sahələrdə sıx əməkdaşlığını, xalqlarımızın uzun illərdir dostluq etdiyini, bir-birinin mədəniyyətinə və ənənələrinə hörmətlə yanaşdıqlarını qeyd edib.
Çıxışlardan sonra şairə, Rumıniya səfirliyinin əməkdaşı Fəridə Hacıyeva Corc Eneskunun Azərbaycan dilinə tərcümə etdiyi şeirlərini səsləndirib.
Son olaraq, abidənin önündə xatirə fotosu çəkdirilib.
ZÜMRÜD

Digər xəbərlər